Oyun zamanı huşunu itirən futbolçunun son vəziyyəti

10:33 - 24 İyun 2024

Oyun zamanı huşunu itirən futbolçunun son vəziyyəti

Ötən gecə Şotlandiya ilə oyunda rəqib qapıçı ilə toqquşmadan sonra yerdə qalan və təcili xəstəxanaya aparılan Macarıstan millisinin futbolçusu Barnabaş Varqanın son durumu bilinib.

 

Manset.az xarici mediaya istinadən xəbər verir ki, milli komanda rəsmiləri Barnabaş Varqanın hazırda vəziyyətinin stabil olduğunu, lakin cərrahiyyə əməliyyatı keçirəcəyini bildiriblər:

"Toqquşma zamanı Varqanın üzündə bir neçə sümük sınıb. O, həmçinin beyin silkələnməsi keçirib. Ştutqartda xəstəxanada gecələyən Varqa böyük ehtimalla əməliyyat olunacaq. Bütün komanda onun yanındadır".

Qeyd edək ki, görüşün 67-ci dəqiqəsində rəqib komandanın qolkiperi ilə toqquşan Varqa daha sonra meydanı xərəkdə tərk edib və təcili olaraq xəstəxanaya yerləşdirilib.

 

Fidan Əliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv