"Tramp Ukrayna məsələsinə öz problemi kimi baxmır"- Deputat

16:59 - 27 May 2025

\"Tramp Ukrayna məsələsinə öz problemi kimi baxmır\"- Deputat
  • "Demokratların destruktiv xarici siyasət kursundan sonra hakimiyyətə yenidən qayıdan Respublikaçı Donald Tramp təbliğat kampaniyasından etibarən Ukrayna məsələsini qısa zamanda həll edəcəyini bildirirdi. Trampın bu məsələdə həqiqətən də təşəbbüskarlığının, hətta kəsişən maraqların əs sərt dönəmində belə güzəştlərinin, tərəfləri sülhə çağırışlarının, Avropa liderləri ilə isə bu məsələdə zidd yanaşmalarının, onları tənqid etməsinin şahidi olduq".


Bu sözləri Manset.az-a açıqlamasında deputat Azər Badamov deyib.

O bildirib ki, Tramp prezidentliyi dönəmində iri layihələr icra etmək istəyir.

"Bu məsələdə vaxt itirmək istəmir. Bu işdə ona mane olan əsas məsələ isə Ukrayna düyünüdür. Bunu nə qədər açmağa çalışsa da, tərəfləri bir araya gətirə bilmir. Hələ də konkret nəticəyə gəlinməməsi, üstəlik sərt ritorikaya keçilməsi müharibəni sona çatdırmaq üçün səylərdə irəliləyiş əldə etmək ümidlərini daha da puça çıxarır. Bütün dünya ABŞ Prezidenti ilə Rusiya Prezidenti Vladimir Putin arasında olan münasibətlərə ümid edirdi. Lakin bu ümidlər də söndü. Belə ki, Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri Rusiyanın Ukrayna şəhərlərinə edilən ən böyük hava hücumundan bir gün sonra Donald Tramp Vladimir Putinin dəli olduğunu deyib. Düşüncəm budur ki, istənilən halda siyasi həllə nail olmaq səylərinə zidd addımlar atılmamalı, sərt sözlərin istifadəsindən çəkinilməlidir. Savaşın gələcək taleyi ən azından bir tərəfin sülhü həqiqətən istəməsindən asılıdır. Tramp bildirdi ki, ABŞ Moskvaya qarşı əlavə sanksiyaların tətbiqi imkanlarını nəzərdən keçirir". 

Deputat qeyd edib ki, Ağ ev rəhbəri Ukrayna məsələsinə öz problemi kimi baxmır:

"Bunu Bayden dönəmindən qalan, xarici siyasətdə ayağına dolaşan əsas sarmaşıq kimi görür. Məhz buna görədir ki, Tramp Ukraynadakı müharibəni “Trampın deyil, Zelenski, Putin və Baydenin müharibəsi” adlandırır. 

Tramp Zelenskinin də balanslaşdırmaya getməsini istəyir. Belə ki, o, Zelensikinin mövcud ritorikasını tənqid edərək müraciət etdiyi üslubunun Ukraynaya fayda gətirməyəcəyini bildirir. 

Vladimir Putinlə söhbətdən sonra Donald Tramp Avropa liderlərinə Kremlin Ukraynadakı müharibəni dayandırmağa hazır olmadığını, Vaşinqtonun münaqişənin həlli istiqamətində aktiv cəhdlərdən imtina edə biləcəyini deyib.

Tərəflər konkret məsələlərdə razılığa gələ bilmədiklərindən və güc balanslaşdırılması tam yaşana bilmədiyindən psixoloji təsirə, təzyiqə müraciət olunur. Bu amil onunla izah olunur ki, liderlər tez-tez böhranlar zamanı emosional qəzəb və məyusluq təzahürləri vasitəsilə mənfi rəyləri müşayiət edirlər. İmpulsiv və emosional tükənmə arasındakı əlaqə qarşı tərəfin emosional gücünün artması fonunda daha zəif görüntü yaradır. Tramp Putinin Ukraynadakı müharibəni bitirməyə hazır olduğuna inanmadığından bu cür partlayışlar yaşanır".


Seyranə Quliyeva


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv