“Qızımın anası uşağını görmək istəmir”- VİDEO

23:39 - 03 İyul 2025

“Qızımın anası uşağını görmək istəmir”- VİDEO

Son günlər Tarix Əliyevin ata olması sosial şəbəkələrdə və media gündəmində ən çox müzakirə olunan mövzulardandır. O, müxtəlif televiziya proqramlarında qızının anasının kimliyi ilə bağlı ünvanlanan suallara cavab verib və övladının bu şəkildə daha xoşbəxt böyüyəcəyinə inandığını bildirib.


Manset.az xəbər verir ki, aparıcı bu dəfə instagram hesabında izləyicilərinin suallarını cavablandırıb. Onlardan biri “Gələcəkdə qızınız anası ilə görüşmək istəsə, bu qərarı necə qarşılayarsınız?” sualını ünvanlayıb.
Tarix Əliyev bu suala cavab olaraq bildirib ki, qızının anası surroqat anadır:

"Surroqat analar heç vaxt övladları ilə görüşmək istəmirlər. Çünki onlar bu uşaqları qucaqlarına belə almırlar. İnanıram ki, həmin vaxta qədər ailə quraram, evimin xanımı olar və balama sevgisini verər. Balama görə heç narahat deyiləm. O sevgidən gəlib”.

Sözügedən cavabı təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az