MÜSİAD Azərbaycanın 5-ci yığıncağı keçirilib - FOTOLAR

16:12 - 23 Dekabr 2025

MÜSİAD Azərbaycanın 5-ci yığıncağı keçirilib - FOTOLAR

Bu gün MÜSİAD Azərbaycanın 5-ci yığıncağı baş tutub.


Manset.az xəbər verir ki, tədbirdə təşkilatın yeni sədri Fuad Kayhan ictimaiyyətə təqdim olunub.

Yığıncaqda MÜSİAD-ın İdarə Heyətinin keçmiş sədri Rəşad Cabirli, yeni sədr Fuad Kayhan, MÜSİAD Prezidenti Burhan Özdemir, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Türkiyənin Ticarət naziri Ömer Bolat və Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz çıxış ediblər.

Çıxışlarda Azərbaycan–Türkiyə iqtisadi əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, qarşılıqlı investisiya imkanları və gələcək birgə layihələrdən bəhs olunub. Qeyd edilib ki, iki ölkə arasında siyasi, iqtisadi və ticari sahələrdə əlaqələr yüksək səviyyədədir və bu əməkdaşlıq daha da genişlənəcək.

Tədbirin sonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə MÜSİAD arasında anlaşma memorandumunun imzalanma mərasimi keçirilib. Memorandumun KOB-ların inkişafına, sahibkarlığın dəstəklənməsinə və yeni əməkdaşlıq imkanlarının yaradılmasına töhfə verəcəyi bildirilib.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az