"Zəhərli erməni beyinləri hər şeyi məhv etməyi özünə məqsəd seçmişdi" - Deputat

13:01 - 26 Dekabr 2025

\"Zəhərli erməni beyinləri hər şeyi məhv etməyi özünə məqsəd seçmişdi\" - Deputat

“Dağıdıcı kütlə heç vaxt normal düşünə bilmir. Zəhərli erməni milliyətçiliyi ilə beyinləri dumanlanmış işğalçılar hər şeyi dağıtmağı özlərinə əsas məqsəd olaraq götürmüşdülər. Hətta özləri yaşayan kəndlərdə belə normal yaşayış yox idi".

 

Bu sözləri Milli Məclisin deputatı Aydın Mirzəzadə Manset.az-a açıqlamasında deyib:

“Faktlar göstərir ki, erməni işğalçıları ələ keçirdikləri yaşayış binaları və sosial obyektləri sökərək onları qonşu ölkələrə satmaqla qazanc əldə edirdilər. Görünür ki, onlar Azərbaycanın gec-tez torpaqlarına qayıdacağının fərqində idilər. Məhz həmin günə qədər əldə edə biləcəkləri hər şeyi özlərinə qənimət bilirdilər. Çox təəssüf ki, dünya Ermənistanın işğalçılıq siyasətini görmək istəmədi. Bu gün də dünyanın müəyyən dairələri işğaldan azad olunmuş ərazilərdəki vəziyyətə göz yumur. Çünki əks halda Ermənistanı və erməni millətyətçilərini varvarlığa görə ittiham edənlərdən olmalıdırlar. Bunu isə etmək istəmirlər. Ortada iki tarixi fakt var: 1) Ermənistan tərəfindən işğal edilmiş torpaqların işğaldan azad ediləndən sonrakı vəziyyəti, 2) Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı böyük quruculuq işləri”.

Deputat qeyd edib ki, ermənilər hər nə qədər Qarabağın səfalı torpaqlarını tanınmaz hala salsalar, yaşanmaz hala gətirməyə çalışsalar da, Azərbaycan bununla qətiyyən barışmayaraq mümkün qədər tez bir zamanda vətəndaşların öz ata-baba torpaqlarına qayıtmasını təmin etdi:

“Demək olar ki, Cənab Prezident hər bir kənddə, qəsəbədə, şəhərdə tikilən məhəllələrin açılışında iştirak edir. Bu ərazilərdə təkcə yaşayış binaları tikilmir, sosial obyektlər, eyni zamanda iş yerləri inşa edilir. İnsanların rahat yaşaması, doğma torpaqlarına sahiblənməsi üçün bütün şərait yaradılır. Bunlar hamısı tarixdir, dünya bu tarixi bilməlidir və buna obyektiv qiymət verməlidir. Azərbaycan xalqı isə heç bir zaman bir daha torpaqlarının işğal altına düşməsinə imkan verməyəcək”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az