"Tarixi zəfərin gələcək nəsillərə ötürülməsi olduqca vacibdir" - Hikmət Babaoğlu

16:04 - 26 Dekabr 2025

\"Tarixi zəfərin gələcək nəsillərə ötürülməsi olduqca vacibdir\" - Hikmət Babaoğlu

Prezidenti İlham Əliyev Ağdam 2-ci yaşayış kompleksinin keçirilən açılışındakı çıxışında Azərbaycan xalqının keçdiyi məşəqqətli yolu, tarixi zəfəri qətiyyən unutmamalı və unutdurmamalı olduğunu qeyd edib. Dövlət başçısı açılış mərasimindəki çıxışında, işğaldan azad edilən Ağdam şəhərinin bərpası və yenidən qurulması prosesinin strateji əhəmiyyətinə toxunaraq bu tarixi hadisənin Azərbaycan üçün olduqca önəmli bir mərhələ olduğunu qeyd edib. Prezident İlham Əliyev həmçinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək üçün görülən işlər və həyata keçirilən layihələrin xalqın gücünü, birliyini nümayiş etdirdiyini bildirib.

 

Milli Məclisin deputatı Hikmət Babaoğlu Manset.az-a açıqlamasında tarixi zəfərin yaddaşlara həkk olunaraq gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb.

“Məcburi köçkünlərimizin öz tarixi yurdlarına qayıdışı nə qədər mühüm tarixi hadisədirsə, yaşayaraq arxada qoyduğumuz 30 illik faciələrin yaddaşımızda diri tutulması da bir o qədər vacibdir. Buna görə Azərbaycanın Prezidenti bir daha Ağdam 2-ci yaşayış kompleksinin açılışı zamanı tarixi zəfərə gələn məşəqqətli yolumuza nəzər saldı. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə nail olunmaması üçün böyük dövlətlərin, beynəlxalq təşkilatların nə qədər israrlı cəhdlər göstərdiyini bir daha yada saldı”.

Deputat xüsusilə bildirib ki, tarixi zəfərin əldə olunmasında Azərbaycanın parlaq diplomatiyası, Ali Baş Komandanın qətiyyətli cəsarəti, eləcə də Azərbaycan xalqının birliyi dayanır. 

“Bir də yenidən həmin dövrə nəzər salsaq, görəcəyik ki, burada 30 illik prosesin diplomatik danışıqlarının alt qatında parlaq Azərbaycan diplomatiyası dayanır. Azərbaycan qətiyyəti, Azərbaycan cəsarəti, Azərbaycan dövlətinin qüdrəti görünməkdədir ki, bunların hər birini təmin edən, şübhəsiz ki, müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Ona görə də, biz qayıdışımızın qədrini bilmək üçün, əldə etdiyimiz tarixi zəfəri yenidən qiymətləndirib yenidən dərk etmək üçün, ordumuzun gücünü, qüdrətini, Ali Baş Komandanımızın qətiyyətli cəsarətini yenidən dərk etmək üçün daima bu keçmişi xatırlamalıyıq ki, bizə yaşadılan məşəqqətləri bir daha yaşamayaq. Çünki tarix onu unudanları unutduqlarını yenidən yaşamağa məhkum edir”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az