Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim yeni vəzifəyə
təyin olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, həkim Orxan Səfərov,
MHBA Almaniyanın dövlət səviyyəli Mammografiya Skrininqi Proqramında
Programmverantwortlicher Arzt (PVA – proqram üzrə məsul həkim) vəzifəsinə təyinat
alıb. Bu vəzifə süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində həyata
keçirilən milli profilaktik proqramın tibbi və təşkilati rəhbərliyini əhatə
edir.
Qeyd edək ki, Orxan Səfərov 2011-ci ildən etibarən Almaniyada yaşayır və
tibbi fəaliyyət göstərir. O, ilkin olaraq Travmatologiya və Ortopediya sahəsində
çalışıb. Daha sonra isə Radiologiya üzrə ixtisas həkimi kimi ixtisaslaşıb. O, 2021-ci
ildə tibb üzrə doktorluq elmi dərəcəsini (Dr. med.) alıb, 2025-ci ildə Master
of Health Business Administration (MHBA) təhsilini uğurla başa vurub. Orxan Səfərov
MVZ Radiologie Troisdorf tibb mərkəzində
Ärztlicher Leiter (tibbi rəhbər) vəzifəsində çalışıb.
Son dörd il ərzində yəni
2021-ci ildən etibarən Dr. Sefaeov
senologiya süd vəzinin diaqnostikası və
süd vəzi xərçənginin erkən aşkarlanması sahəsində ixtisaslaşıb.