Təhlükə saçan kartinq əyləncəsi - Niyə məhdudiyyətlər yoxdur?

13:00 - 06 Yanvar 2026

Təhlükə saçan kartinq əyləncəsi - Niyə məhdudiyyətlər yoxdur?

Xəbər verdiyimiz kimi, ötən gün paytaxtda yerləşən kartinq mərkəzlərinin birində iki maşının toqquşması nəticəsində 18 yaşlı oğlan aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Bilindiyi kimi, belə kartinq mərkəzlərində sürücülük vəsiqəsi və ya şəxsin idarəetmə bacarığını müəyyən edən hansısa bir sənəd tələb olunmur. Bəs təhlükəli hesab olunan kartinq əyləncəsinin xoşagəlməz halla nəticələnməməsi üçün nə etmək lazımdır? Ümumiyyətlə, belə kartinq mərkəzləri üçün yaş məhdudiyyəti və ya hansısa tələblər, məhdudiyyətlər varmı?

 

Nəqliyyat məsələləri ekspert Aslan Əsədov Manset.az-a açıqlamasənda bildirib ki, sözügedən mərkəzlərin bəzilərində minimum yaş və boy tələbləri mövcuddur, lakin bu da təhlükədən qorunmağa kömək olmur:


“Kartinq mərkəzində avtomobillərin toqquşması faciəvi bir məsələdir. Amma məsələ bundan ibarətdir ki, bu gün Azərbaycanda belə hadisələrin baş verməməsi üçün xüsusən yüksək təhülkəsizlik tədbirləri görülməlidir. Burada sürücülük vəsiqəsinin tələb olunması və ya şəxslərin sürücülük bacarıqlarını təsdiq edən hər hansısa bir sənədi təqdim etmələri əslində elə də böyük fərq yaratmayacaq. Burada sadəcə həm sürücü, həm də mərkəz özü yüksək səviyyədə təhlükəsizliyə əməl etməlidir”.

Ekspert qeyd edib ki, belə mərkəzlərdən istifadə edən şəxslərin fiziki olaraq hazırlıqsız olması da bəzən xoşagəlməz qəzalara səbəb olur:

“Bəzi hallarda idarəetmədən anlayışı olan insanlar belə qəzalar törədə bilir. Burada əsas rol insanın fiziki hazırlığının üzərinə düşür. Bəzən baş verən həyəcan, təlaş, sıxıntı, həddindən artıq adrenalin və bu kimi digər hisslər də müxtəlif qəzaların əsas səbəbi ola bilər. Bu mümkündür, buna görə də əsas həll təhükəsizlik tədbirlərinin vaxtında və qüsursuz formada görülməsidir”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az