Son günlər ölkədə yayılan virus nədir? - AÇIQLAMA

16:40 - 06 Yanvar 2026

Son günlər ölkədə yayılan virus nədir? - AÇIQLAMA

Son günlər ölkə ərazisində yüksək hərarətlə müşahidə olunan xəstəliklər tüğyan edir. Günlərlə davam edən və sürətlə kütləvi yayılan bu xəstəlik soyuqdəyməni xatırlatsa da, ağırlaşmış formaları da mövcuddur və sadə profilaktik tədbirlərlə sözügedən virusdan xilas olmaq mümkün olmur. Quru öskürək, enməyən hərarət ölkə əhalisinin həyat fəaliyyətinə də mənfi təsir göstərir. Bir çoxları sözügedən virusun koronavirusun yeni növü olduğunu da iddia edir.

 

İnfeksionist Mərdan Əliyev Manset.az-a açıqlamasında virusdan qorunmağın yollarından danışıb:


“Bu virus kəskin respirator infeksiyalarından biridir. Bildiyimiz kimi bir çox xəstəlikləri bu virus törədir. Bu xəstəliklərin hər birinin ümumi əlamətləri var. Bu əlamətlər bədən hərarətinin yüksəlməsi, öskürək boğaz ağrısı, burun axması, burun tutulması, ümumi əzələ ağrıları və s.-dir. Biz bu simptonlarla müşahidə olunan xəstəliklərə ümumi olaraq qripəbənzər xəstəliklər adlandırırıq. Amma təbii ki, sadəcə qrip olmaya da bilər. Bunun üçün əvvəlcə müayinə lazımdır. Eləcə də, xəstəliyə yoluxmuş şəxslərə güclü müalicə tətbiq olunmalıdır. Əks halda günlərlə davam edə bilər”.

İnfeksionist vurğulayıb ki, hazırda virusun geniş yayıldığı bu dövrdə mütləq şəkildə ondan qorunmaq vacibdir. Bunun üçün vətəndaşlar xüsusilə sosial məsafəyə və əl gigiyenasına - əllərin yuyulması və dezinfeksiyasına diqqət etməlidirlər.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az