"Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz günü-gündən daha da yüksəlir" - Deputat

17:53 - 06 Yanvar 2026

\"Azərbaycanın beynəlxalq nüfuzu artır, ölkəmiz günü-gündən daha da yüksəlir\" - Deputat

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına geniş müsahibə verib. Müsahibədə dövlət başçısı ölkənin daxili və xarici siyasəti ilə bağlı vacib mövzulara toxunub, Azərbaycanın inkişafı və qarşıya qoyulan strateji hədəflərlə bağlı ətraflı fikirlərini ifadə edib.

 

Milli Məclisin deputatı Ceyhun Bayramov Manset.az-a açıqlamasında Prezident İlham Əliyevin müsahibədə toxunduğu vacib məqamlardan danışıb.


“Hər zaman olduğu kimi Cənab Prezident yerli mediaya verdiyi son müsahibəsində də bir çox vacib məqamlara toxunub. Bunlar Qarabağın yenidən qurulması və dirçəldilməsi, Ermənistan-Azərbaycan münasibətləri, sülh prosesi, ABŞ və Azərbaycan münasibətləri və əlaqələri ilə bağlı idi. Həmçinin Cənab Prezident təhsilimizlə bağlı məsələləri, sosial sahə ilə bağlı çox vacib məsələlərə toxundu. Bu istiqamətlərdə görülən işlərdən geniş bir formada danışdı. Bu gün Cənab Prezidentin həyata keçirdiyi siyasət nəticəsində həm Azərbaycanın beynəlxalq nüfuzu artır, Azərbaycan günü-gündən daha yüksəlir, daha da möhkəmlənir. Bütün bunlar isə onu göstərir ki, bu gün Cənab Prezidentin rəhbərliyi ilə Azərbaycan qarşısına qoyduğu bütün məqsədlərə nail olub. Əhalinin sosial rifahı yaxşılaşır, ölkənin imkanları daha da genişlənir, təhsil sahəsində geniş islahatlar həyata keçirilir. Bunlar dövlətimizin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir”.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az