Razi Nurullayevdən Dubaydakı dəbdəbəli toyla bağlı AÇIQLAMA

13:38 - 07 Yanvar 2026

Razi Nurullayevdən Dubaydakı dəbdəbəli toyla bağlı AÇIQLAMA

Ötən gün bir sıra saytlarda deputat Razi Nurullayevin iş adamı olan qardaşı Hasil Nurullayev tərəfindən Dubayda dəbdəbəli toy mərasimi keçirilməsi ilə bağlı xəbərlər yayılıb.


Manset.az məsələ ilə bağlı millət vəkili Razi Nurullayevlə əlaqə saxlayıb. O, bu mövzudan uzaq qalmaq istədiyini bildirib:

"Mən bu məsələlərdən yorulmuşam. Azərbaycanda vəzifədə olan adamın uzaq qohumları, illərlə görmədiyi yaxınları belə nə etsə onu o vəzifə daşıyan, ictimai yükü olan, az-çox tanınan yaxınına bağlayırlar. Mən də digər ictimai, siyasi, vəzifə yükü olan adamlar kimi hədəfə gəlirəm. Mənə yaxın və uzaq qohumluğu çatan adamların da öz işi, öz gündəliyi, öz həyatı ola bilər.  

Buna görə də suallara cavab vermək istəmirəm. Səbəb isə budur ki, məsələni yönləndirilərin, önə çıxaranların və böyüdənlərin öz "həqiqətlər"i var və nə qədər düz danışsan, nə qədər özünü müdafiə etsən, nə qədər mənə aidiyyatı yoxdur desən də onlar düzü yox, yalanı qəbul edəcəklər. Çox təəssüf ki, belə bir zamana gəlib çıxmışıq" - deyə R. Nurullayev əlavə edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az