Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində DİQQƏTÇƏKƏN MƏQAMLAR

16:31 - 07 Yanvar 2026

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində DİQQƏTÇƏKƏN MƏQAMLAR

Azərbaycan Prezidenti İlham Əliyev bir neçə gün əvvəl yerli televiziya kanallarına geniş müsahibə verərək, ölkənin daxili və xarici siyasətinə dair bir sıra vacib məsələlərə toxunub. Müsahibəsində Prezident, son dövrlərdəki iqtisadi və sosial inkişaf, həmçinin Azərbaycanın beynəlxalq münasibətlərdəki rolu və regionda baş verən hadisələr barədə ətraflı məlumat verib. Dövlət başçısı, ölkənin müstəqil siyasətini davam etdirməklə yanaşı, ərazi bütövlüyünün təmin olunması istiqamətində atılan addımlar və həyata keçirilən islahatlar barədə də açıqlamalar verib. Bu müsahibə Azərbaycanın gələcək strateji inkişaf planları və xarici siyasət prioritetləri ilə bağlı əhəmiyyətli məqamları ortaya qoyur.

 

Milli məclisin deputatı Arzuxan Əlizadə Manset.az-a açıqlamasında Prezident İlham Əliyevin müsahibə zamanı verdiyi vacib mesajlardan danışıb:


“Azərbaycan Prezidenti Cənab İlham Əliyev ənənəvi olaraq, hər ilin əvvəlində yerli kütləvi informasiya vasitələrinə müsahibələr verir. Bu müsahibədə faktiki olaraq ötən illə bağlı bir çox məsələlərə yanaşmasını sərgiləyir və hər dəfə də çox ciddi mesajlar verir. Həm yerli auditoriyaya, bütövlükdə dostlarımıza və bizə dost olmayanlara da xüsusi olaraq mesajlarını çatdırır, bir çox məsələlərə aydınlıq gətirir. Bir çox görülən işlərlə bağlı əlavə, bilmədiyimiz məlumatları paylaşır, həmçinin gələcəkdə görüləcək işlərlə, planlarla bağlı da Azərbaycan cəmiyyətini məlumatlandırır. Çox gözəl bir ənənədir və dünən də biz Prezidentin növbəti belə yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibənin şahidi olduq. Bu müsahibədə də çox diqqət çəkən məqamlar var. Təbii ki, ilk növbədə regionla bağlı reallıqların tam olaraq dəyişməsi ilə bağlı prezidentin fikirləri diqqət çəkdi. Məlumdur ki, Azərbaycan 5 il bundan əvvəl çox möhtəşəm bir qələbə idi öz gücünə torpaqların işğaldan azad etdi. Süverənliyini, ərazi bütövlüyünü bərp etdi. Bununla yanaşı, eyni zamanda regionda mövcud reallıqları tam olaraq dəyişdi. Cənab Prezident növbəti dəfə qeyd etdi ki, o zaman ATƏT-in Minsk Qrupu da, digər beynəlxalq təşkilatlar, bir sıra güc dövlətləri də Azərbaycana mövcud reallıqlarla barışmağı təlqin etmək istəyirdilər, işxal altında olan ərazilərin, ermənilərin xeyrinə rəsmiləşdirilməsini istəyirdilər. Biz bundan razılaşmadıq. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Prezidenti bununla bağlı xalqın siyasi iradəsini ifadə edərək bununla razılaşmayacağını bildirmişdi və biz nəhayət həmin o mövcud reallıqları dəyişdik, artıq həmin reallıqlarla barışmağa dəvət edən tərəflər artıq bizim öz gücümüzə yarattığımız reallıqlarla barışmaq məcburiyyətində qaldılar. Qeyd etdi ki, əgər biz bu gücümüzlə torpağımızı işğaldan azad etməsəydik, ötən ilin 8 avqustunda Ermənistanla Vaşinqtonda imzalanmış çərçivə-sülh müqaviləsi də olmayacaqdı və bölgəyə sülh gəlməyəcəkdi. Biz regionda reallıqları dəyişməklə, süverenliyimizi bərpa etməklə, eyni zamanda Ermənistana da bir şans yaratdıq ki, müharibəsiz bir dönəmdə yaşasın və özünün süverenliyini bu və ya digər formada bərpa etmiş olsun. Çünki Ermənistan özü də hələ də Rusiyanın asılılığından tam olaraq xilas ola bilməmişdi”.

Deputat qeyd edib ki, Azərbaycan və ABŞ arasında münasibətlər yeni bir səviyyəyə qədəm qoyacaq. Bunu Prezident də verdiyi müsahibədə xüsusilə qeyd edib:

“8 avqustdan etibarən Azərbaycan nazirləri də daxil olmaqla, 4 nümayəndə heyəti strateji sənədin ABŞ ilə münasibətləri üst səviyyədə inkişaf etdirə biləcək sənədin hazırlanması üçün ABŞ-də səfərdə olublar. Prezident eyni zamanda iqtisadi imkanlarımızdan da söz açdı, hərbi sənayi kompleksi ilə bağlı mövqeyini bildirdi. Rəqəmlər səsləndirərək qeyd etdi ki, ötən il hərbi müdafiə sənayesində 1 milyard 400 milyon civarında silah-sürsat istehsal edilib, bunun əhəmiyyətli bir hissəsi Azərbaycan ordusunun silahlanmasına verilib, bir hissəsi də təxminən 20 dövlətə satılıb. Prezident qarşıdakı 3-4 il ərzində bu sahədə olan hədəfləri də açıqlayıb. Belə ki, bu sahədə ixracı 1 milyard dollara çatdırmaq hədəflənir. Həmçinin potensialı turizm imkanları ilə bağlı da danışıldı. Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyə etmək edilməsindən danışıb. Azərbaycanın turizm potensialı və potensialı inkişaf etdirməyin vacibliyindən danışıb. Alternativ enerji resurslarından, günəş enerjisi, külək enerjisi və digər məsələlərdən də söz açıb. Türk dövlətləri təşkilatında fəaliyyətimizlə bağlı, burada təmsil olunan dövlətlərlə hərbi təlimlərin keçirilməsi bağlı verdiyi təklif və türk dövlətlər təşkilatının hər il keçirilən zirvə görüşlərlə yanaşı Cənab Prezidentin verdiyi təklif əsasında qeyri-rəsmi zirvə toplantılarının keçirilməsindən danışıb. Yəni, ayrı-ayrılıqda Türkiyə ilə Üzbəkistan ilə Qazaxıstan, üç ölkə ilə Qazaxıstan, Üzbəkistan və Azərbaycan birlikdə xəzərin dibi ilə kiber kabelin çəkilməsi məsələsi Azərbaycanın kommunikasiya qovşaqlarının bir qədər də genişləndirmək imkanları və qarşıda duran vəzifələr, Ermənistanla sülh müqaviləsinin imzalanması və digər bir çox məsələlərdən söhbət açıldı”.

Arzuxan Əlizadə vurğulayıb ki, bu gün Azərbaycan güclü və qüdrətli bir dövlətdir. Regionda ən güclü orduya malik Azərbaycan həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən regionun lideri olmaqla da bu regionda dayanıqlı sülhə və sabitliyə əsas zəmanəti olan ölkə kimi də çıxış edir. Bu istiqamətdə də ölkənin, dövlətin güclənməsi üçün görülməli olan işlərlə bağlı da Prezident fikirlərini media vasitəsi ilə cəmiyyətlə bölüşüb.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az