Xalq artisti Röyanın oğlu Hüseyn Cəlilov dünyanın ən nüfuzlu universitetlərinə qəbul alıb.
Manset.az-ın əldə etdiyi məlumata görə, Hüseyn Cəlilov Liverpul Universiteti, Esseks Universiteti və Dubayda yerləşən Vullonqonq Universiteti kimi ali təhsil müəssisələrindən qəbul dəvəti alıb. Onun hansı universitetdə oxuyacağı hələlik dəqiqləşməyib.
Qeyd edək ki, Hüseynin qəbul olduğu bu universitetlər beynəlxalq səviyyədə tanınan, güclü akademik mühiti və yüksək təhsil standartları ilə seçilən nüfuzlu ali təhsil ocaqlarıdır.