Xalq artisti Brilliant Dadaşovanın oğlu Cahad Hacıyev paylaşımı ilə diqqət çəkib.
Manset.az -ın məlumatına görə, o, istirahət məqsədilə otelə getdiyini və bu müddətdə ona çoxsaylı mesajların gəldiyini bildirib.
Paylaşımında qeyd edib ki, il ərzində cəmi bir dəfə istirahətə getməsinə baxmayaraq, ona “pul göndər”, “çörək göndər”, “dərman göndər” kimi müraciətlər edilib. O, bu vəziyyətdən yorulduğunu vurğulayaraq, səhifəsinin xeyriyyə məqsədli olmadığını və hər kəsə yardım etmək imkanında olmadığını açıqlayıb.
Statusunda həmçinin yazıb ki, özünün də adi bir insan olduğunu və hər kəsin özünə qarşı daha anlayışlı olmasını xahiş edir.