"70 mindən çox vətəndaş işğaldan azad olunmuş ərazilərdə yaşayır, çalışır" - Deputat

16:40 - 09 Yanvar 2026

\"70 mindən çox vətəndaş işğaldan azad olunmuş ərazilərdə yaşayır, çalışır\" - Deputat

Prezident İlham Əliyev yerli televiziya kanallarına verdiyi müsahibədə Azərbaycanda işsizlik və məşğulluq məsələlərinə toxunub. Dövlət başçısı ölkədə hər kəsin iş tapmasının mümkün olduğunu vurğulayıb və bu istiqamətdə həyata keçirilən tədbirlərin davam edəcəyini qeyd edib.

 

Milli Məclisin deputatı Vüqar Bayramov Manset.az-a açıqlamasında Azərbaycanda məşğulluq imkanlarından danışıb.


“Azərbaycanda məşğulluğun təmin edilməsi iqtisadi siyasətin əsas prioritetlərindəndir. Bir tərəfdən dövlət büdcəsi hesabına məşğulluğun təmin edilməsi ilə bağlı aktiv sosial proqramlar həyata keçirilir, digər tərəfdən isə özəl sektorun təşviq edilməsi bu istiqamətdə yeni iş yerlərinin yaradılmasına xidmət edir. Nəzərə alsaq ki özünü məşğulluq proqramı praktik olaraq dövlət büdcəsi hesabına maliyyələşən və büdcə vəsaiti hesabına iş yerlərinin yaradılmasına xidmət edən proqramdır. Bu istiqamətdə də dövlət büdcəsinə ayrılan vəsaitlərin həcmində artımlar müşahidə olunur. Eyni zamanda təbii ki, özəl sektor üçün güzəştlərin tətbiq edilməsində də əsas məqsədlərdən biri məhz məşğulluğun təmin edilməsinə dəstək olmaqdan ibarətdir. Digər tərəfdən Qarabağ və Şərqi Zəngəzurda yeni iş yerlərinin yaradılması müşahidə olunur”.

Deputat bildirib ki, artıq 70 mindən çox vətəndaş işğaldan azad olunmuş ərazilərdə yaşayır, çalışır. Bu praktik olaraq məhz həmin ərazilərimizdə yeni iş yerlərinin yaradılması anlamına gəlir:

“Təbii ki, məşğulluğun təmin edilməsi ilə bağlı siyasət davamlı olaraq diqqət mərkəzindədir. Növbəti illərdə də həm sosial proqramların əhatə dairəsi, həm özəl sektorun bu istiqamətdə təşviq edilməsi ilə bağlı tədbirlər davam etdiriləcək. Məqsəd vətəndaşlarımızın xüsusən də gənclərin işlə təminatının daha gücləndirilmiş şəkildə həyata keçirilməsidir. Bu da məşğulluğun təmin edilməsində dövlət dəstəyinin artırılması anlamına gəlir”.

 

Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az