"Pezeşkiyanla şəklimizi görüb, "bunu təcili yola salın" dedilər" - Saxlanılan xanəndə

10:35 - 16 Yanvar 2026

\"Pezeşkiyanla şəklimizi görüb, \"bunu təcili yola salın\" dedilər\" - Saxlanılan xanəndə

Xəbər verdiyimiz kimi, Azərbaycanın məşhur xanəndəsi, əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən hava limanında saxlanılıb. 


Qəzənfər Abbasov bu barədə Manset.az-a açıqlama verərək xəbəri təsdiq edib. O saxlanılması səbəbilə təyyarəsini də qaçırdığını qeyd edib. 

"İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.

Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim. Hazırda gəlmişəm, Bakıdayam, işlərimlə məşğulam".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az