"Mənim heç vaxt çətirim olmayıb" - İsa Həbibbəyli 

10:36 - 21 Yanvar 2026

\"Mənim heç vaxt çətirim olmayıb\" - İsa Həbibbəyli 

Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Ziyarət zamanı AMEA əməkdaşlarından birinin İsa Həbibbəyliyə çətir tutması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Manset.az AMEA prezidenti İsa Həbibbəyli ilə əlaqə saxlayıb. O, heç zaman çətirdən istifadə etmədiyini bildirib:

“Həyatım boyu heç vaxt çətirdən istifadə etməmişəm. Evimdə də çətirim olmayıb və hazırda da yoxdur. Dünən Şəhidlər xiyabanına çətirsiz və papaqsız gəlmişdim. Hava küləkli olduğu və qar yağdığı üçün əməkdaşlardan biri mənə yaxınlaşaraq həm özünün, həm də mənim başıma çətir tutmuşdu. Əvvəlcə bunu hiss etməmişdim. Bu hal cəmi bir neçə dəqiqə davam etdi. Ziyarət boyu başıaçıq və çətirsiz olmuşam. Bunu televiziya kanallarının və xəbər portallarının çəkdiyi görüntülərdə də görə bilərsiniz. Mən işçiyə mənə çətir tutması ilə bağlı hər hansı bir söz deməmişəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az