Son günlər paytaxtın Abşeron, Xəzər, Sabunçu, Binəqədi rayonlarında və bu ərazilərə yaxın yerlərdə subasma halları artıb. Subasmaların həcminin birdən-birə artması vətəndaşları çaş-baş salıb. İddialara görə, həmin ərazilərə yaxın yerləşən bəzi göllərin qurudulması səbəbilə subasmalar günü-gündən artır.
Subasmaların artmasına səbəb nə ola bilər? Göllərin qurudulması iddiası real görünürmü?
Ekoloq Rövşən Abbasov Manset.az-a açıqlamasında iddiaları doğrulayıb. O, qeyd edib ki, son dövrlərdə artan subasmaların əsas səbəbi sözügedən ərazilərdə mövcud olan göllərin qurudulmasıdır.

“Ümumiyyətlə, müşavirədə də qeyd olunduğu kimi, Abşeron yarımadasında yerləşən əksər göllər yağış sularının toplandığı yerlər idi. Yağış yağanda ora axırdı. Təəssüflər olsun ki, bir çox göllərin qurudulması yağış sularının qarşısının kəsilməsinə gətirib çıxarmışdı. Bu da müvafiq olaraq subasmaların sayını və həcmini artırdı”, - deyə ekoloq bildirib.
Fidan Vəlisoy