"Prezidentin siyasəti Cənubi Qafqazda sülh prosesini gücləndirir" - DEPUTAT

15:18 - 22 Yanvar 2026

\"Prezidentin siyasəti Cənubi Qafqazda sülh prosesini gücləndirir\" - DEPUTAT

Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasına mühüm töhfələr verir. Son illərdə ölkə, regional münaqişələrin həlli istiqamətində fəal diplomatik təşəbbüslər irəli sürmüş, həmçinin tərəflər arasında dialoqun və anlaşmanın qurulması üçün böyük səylər göstərmişdir. Azərbaycanın bu sahədəki dəstəyi yalnız öz milli maraqları məhdudlaşmır, həm də regiondakı digər dövlətlərin təhlükəsizliyi və rifahı naminə atılan addımlardır. Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi üçün beynəlxalq aləmdə də böyük etimad qazanmış Azərbaycan münaqişələrin dinc yolla həllinin təmin olunmasında daima önəmli bir vasitəçi rolunu öz üzərinə götürmüşdür. Bu yanaşma həm regional sabitliyə, həm də beynəlxalq əməkdaşlıq mühitinin daha da güclənməsinə xidmət edir.


Milli Məclisin deputatı Ceyhun Məmmədov Manset.az-a açıqlamasında Azərbaycanın regionda sülhün bərpa olunmasındakı rolundan danışıb:


“Bu gün Cənubi Qafqazda sülh quruculuğunda əsas rolu Cənab Prezidentimiz və Azərbaycan oynayır.  Cənab Prezidentin həyata keçirdiyi siyasət bölgəyə sülhün gəlməsinə ciddi töhfələrini verir və bu prosesdə Azərbaycanın rolunu və mövqeyini daha da gücləndirir. Bu gün Azərbaycan Cənubi Qafqazın siyasi lideridir. Azərbaycanın liderliyi və təcrübəsi Qafqaza sülhün gəlməsinə çox ciddi töhfələrini verir. Bu prosesdə Cənab Prezidentin siyasəti, atdığı addımlar, həyata keçirdiyi layihələr mühüm rola malikdir”.

Deputat vurğulayıb ki, Azərbaycan regionda sülhün yaradılması prosesində fəal iştirakçıdır və prosesdə öz sözünü deyir.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az