Antalya Belek Universiteti Alanyada zirvəyə yüksəlib.
Manset.az-ın xəbərinə görə, Alanyada beynəlxalq yemək yarışması keçirilib. Tədbir qastronomiya dünyasının tanınmış simalarını və 18 müxtəlif ölkədən yüzlərlə iştirakçını bir araya gətirib.
Yarışmaya ümumilikdə 500 iştirakçı qatılıb, onlardan 200-ü xarici iştirakçı olub. Təşkilatın ikinci günündə iştirakçılar 45 fərqli kateqoriyada bacarıqlarını nümayiş etdirərək münsiflər heyətinin qarşısına çıxıblar. Antalya Belek Universitetinin qastronomiya və mətbəx sənətləri, eləcə də aşbazlıq proqramının tələbələri və akademik heyəti yarışmaya damğa vurub. Universitet üç kubok, 10 qızıl, 6 gümüş və bir bürünc medal qazanaraq universitetlər arasında birinciliyi heç kimə verməyib.
Qeyd edək ki, Antalya Belek Universitetinin qurucusu Ekrem Çalkılıçdır. Universitet Avropada sayılıb seçilən universitetlərdən biridir, böyük maddi texniki bazaya sahibdir. Universitetdə müxtəlif ixtisaslar üzrə bir çox azərbaycanlılar təhsil alır.