“2025-ci il üzrə 54 500 nəfərə əlillik təyinatı aparılıb” - Ramin Rzayev

15:36 - 26 Yanvar 2026

“2025-ci il üzrə 54 500 nəfərə əlillik təyinatı aparılıb” - Ramin Rzayev

“ 2025-ci il üzrə 54 500 nəfərə əlillik təyinatı aparılmışdır. Onlardan 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunub”.  


Manset.az xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev Agentliyin mətbuat konfransında deyib. 

Ramin Rzayev bildirib ki, agentliyin reabilitasiya müəssisələrində əlilliyi olan 142 min şəxsə reabilitasiya xidmətləri göstərilib, onlardan 78,6 min nəfər ambulator, 33,2 min nəfər stasionar və icma əsaslı reabilitasiya xidmətləri ilə təmin edilib. Bu kateqoriyadan olan 13,7 min şəxsə 212 min reabilitasiya vasitəsi verilib. 2024-cü ilə nisbətən 2025-ci ildə reabilitasiya xidməti göstərilənlərin sayı 15 faiz, reabilitasiya vasitələri ilə təmin edilənlərin sayı 12,5 faiz, təqdim edilən reabilitasiya vasitələrinin sayı 2,2 dəfə artıb.


Fidan Vəlisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az