“Reabilitasiya mərkəzlərində yataqların doluluq faizi 2025-ci il üzrə 84.5 faiz olub”.
Manset.az xəbər verir ki, bunu Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev bu gün keçirilən mətbuat konfransında deyib.
Sədr vurğulayıb ki, agentliyin əsas məqsədlərindən biri məhz reabilitasiya mərkəzlərində otaqların doluluq səviyyəsinin maksimum səviyyədə təmin olunmasıdır. Bu, vətəndaşların reabilitasiya mərkəzlərindən istifadəsi ilə bağlı müsbət göstəricidir.
Fidan Vəlisoy