Xəbər verdiyimiz kimi, Azərbaycanda dövlət teatrlarında bədii rəhbər, baş rejissor, baş rəssam və digər bir sıra vəzifələr ləğv edilib. Yeni struktur çərçivəsində teatrlarda Strategiya və kommunikasiya şöbəsi, Yaradıcı şöbə və artist heyətinin idarəedilməsi şöbələri yaradılıb. Yeni qaydalara əsasən, formalaşdırılan vəzifələrə namizədlər baş direktor tərəfindən təyin olunacaq. Lakin hazırda bəzi dövlət teatrlarında direktor vəzifələrinin vakant qalması bu təyinatların nə zaman həyata keçiriləcəyi ilə bağlı suallar yaradıb.
Manset.az xəbər verir ki, mövzu ilə bağlı Mədəniyyət Nazirliyinin Teatr sektorunun müdiri Böyükxanım Talıbova “Azərbaycan mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyasının media nümayəndələri üçün keçirilən təqdimatı zamanı açıqlama verib. O bildirib ki, fevralın 2-dən etibarən struktur dəyişiklikləri qüvvəyə minəcək və mövcud vakant vəzifələr üzrə müvafiq təyinatlar aparılacaq.