Kirayə mənzil bazarında YENİLİK - Qiymətlər artacaq?

15:48 - 04 Fevral 2026

Kirayə mənzil bazarında YENİLİK - Qiymətlər artacaq?

Azərbaycanda bu ildən etibarən kirayə evlər üçün rəsmi müqavilə bağlanması və ev sahiblərinin vergi ödəməsi tələbi qüvvəyə minib. Yeni qərarın tətbiqi ilə kirayə mənzil bazarında gözlənilən dəyişikliklər hələ də gündəmdədir. Kirayə qiymətlərinin necə formalaşacağı, qərarın ev sahiblərinə, kirayə götürənlərə müsbət və ya mənfi təsiri və bu islahatın bazara olan ümumi təsirləri hər kəsin maraqlandığı suallar sırasındadır. Kirayə bazarının gələcəyi yeni qanunla necə dəyişəcək? Kirayə mənzil qiymətləri artacaq?

 

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Manset.az-a açıqlamasında bildirib ki, Azərbaycanda evlərin müqaviləsiz formada kirayəyə verilməsi kölgə iqtisadiyyatının böyük bir hissəsini təşkil edir:


“Bu sektor kölgə iqtisadiyyatının böyük bir hissəsini təşkil edir. Ölkədə daşınmaz əmlak sektorunun 95 faizinə yaxın mənzil fondu qeyri-leqal gəlir əldə edir. Bunun böyük hissəsi Bakı şəhəri, Sumqayıt, Xırdalan, Abşeron ərazisinin payına düşür. Ona görə bu sektorda leqallaşmanı təmin etmək üçün faizlərin azaldılmasını da təklif etdik. Amma bu rəqəm 14 faizdən 10 faizə endirildi. Cəmi 4 faiz təşkil edir. Düşünmürəm ki, bu, böyük həcmdə əmlak sahiblərini rəsmiyyətə cəlb edəcək. Baxmayaraq ki, nəzarət mexanizmi daha çox olacaq, yenə də bu tam rəsmiləşməyə gətirib çıxarmayacaq. Ümumi əhalinin 3-5 faizi buna maraq göstərə bilər. Bu da ciddi bir dəyişikliyə səbəb olmayacaq”.

Ekspert qeyd edib ki, qərarın ciddi dəyişikliyə səbəb olmaması kirayə mənzil bazarında da böyük qiymət dəyişikliyinə təsir etməyəcək:

“İcarə müqavilələrinin olması hər iki tərəfi - həm icarəyə götürəni, həm də icarədarı qoruyur. Bu müqavilələrdə icarəyə götürən istədiyi kimi, qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydlər edə bilər - qiymət artımının stabil saxlanılması, evdən vaxtından tez çıxarılması ilə bağlı özünü qorumuş olur. İcarəyə verən isə mülkünü hərtərəfli qorumuş olur. Buraya fiziki korlanmalar, qarət, ehtiyatsız davranış səbəbilər ortaya çıxan başqa zərərlər, əşyaların korlanması, texniki avadanlıqların sıradan çıxması və s. aiddir. Müqavilədə hətta evdə olan daşınan əmlakın siyahısını da qeyd etmək mümkündür. Eyni zamanda evin suborendaya verilməsi məsələsinə də müqavilədə toxunula bilər. Bu da qanunla nəzərdə tutulmuş qaydadan kənar formada istifadədir və yolverilməzdir”.

 

Fidan Vəlisoy 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az