Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü - FOTO

19:10 - 18 Aprel 2024

Bakıda narkokuryerdən 5 kq narkotik götürüldü - FOTO

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana və 3000 ədəd metadon həbi aşkar olunub.

 

Daxili İşlər Nazirliyindən Manset.az-a verilən xəbərə görə, Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.

Ondan 5 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 300 ədəd psixotrop tərkibli metadon həbi aşkarlanıb. M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az