Paraqvay Prezidenti Santyaqo Penya İlham Əliyevi təbrik edib

20:36 - 26 May 2024

Paraqvay Prezidenti Santyaqo Penya İlham Əliyevi təbrik edib

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penya Prezident İlham Əliyevi təbrik edib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizə Paraqvay Respublikasının xalqı, hökuməti adından və şəxsən öz adımdan səmimi qardaşlıq salamlarımı çatdırmaqdan məmnunluq duyuram.

Bu xoş fürsətdən istifadə edərək, qardaş Azərbaycan xalqına sülh, xoşbəxtlik və firavanlıq, Paraqvay Respublikası ilə Azərbaycan Respublikasını birləşdirən dostluq və əməkdaşlıq əlaqələrinin daim möhkəmlənməsini arzulayıram.

Zati-alinizə ən yüksək hörmət və ehtiramımı bir daha bəyan edirəm".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az