Gürcüstanın Bolnisi şəhərində hərbi helikopter qəzaya uğrayıb.
Manset.az xəbər verir ki, bununla bağlı Gürcüstan Müdafiə Nazirliyi məlumat yayıb.
“Planlı hərbi təlimlər zamanı Müdafiə Qüvvələrinə məxsus təyyarələrdən biri (Su-25) qəzaya uğrayıb. Qəza nəticəsində Müdafiə Qüvvələrinin aviasiya-hava komandanlığının pilotu Kaxaber Zurabaşvili faciəvi şəkildə həlak olub. Müdafiə Nazirliyi hadisənin səbəblərini müəyyən etmək üçün ekspertiza aparır. Nazirlik həlak olan pilotun ailəsinə və yaxınlarına başsağlığı verir”, - deyə məlumatda bildirilib.
Hadisənin Disveli kəndində qeydə alındığı bildirilir.