Ukrayna Prezidenti Volodimir Zelenski gecə saatlarında Rusiyanın kritik infrastruktur və mülki binaları hədəf aldığını qeyd edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski sosial media hesabında Rusiyanın dünən gecə etdiyi hücumlarla bağlı açıqlama verib.
Səkkiz rayonda dağıntıların qeydə alındığını bildirən Zelenski, "Rusiya dünən gecə bir daha kritik infrastruktur və mülki evlərə qarşı hücum həyata keçirdi. Xalqımıza əksəriyyəti "Şahed" tipli 420 pilotsuz uçuş aparatı (PUA) və 11-i ballistik olmaqla, 39 fərqli növ raket atıldı. Bir çox müstəqil ev və binaya ziyan dəydi. Hazırda uşaqlar da daxil olmaqla, bu hücum nəticəsində onlarla insanın yaralandığı bildirilir", - ifadələrini istifadə edib.