Azərbaycanda tanınmış meyxanaçı 2 qadınla birlikdə faciəvi şəkildə öldü - FOTO

11:53 - 22 Oktyabr 2024

Azərbaycanda tanınmış meyxanaçı 2 qadınla birlikdə faciəvi şəkildə öldü - FOTO

Ötən gecə Ucarda baş verən dəhşətli qəzada həyatını itirən və xəsarət alanların kimliyi müəyyənləşib.

 

Manset.az xəbər verir ki, hadisə saat 23 radələrində Bakı-Qazax yolunun 246-cı kilometrliyində - Alpout kəndinin ərazisində baş verib.

Ucarın Qazıqumlaq kənd sakini 1992-ci il təvəllüdlü Aytən Qüdəssərovanın idarə etdiyi “Peugeot” markalı avtomobili qarşıda gedən “KamAZ”a çırpılıb. Sonradan “Peugeut” markalı avtomobil tamamilə yanıb.

Nəticədə A.Qüdəssərova, sərnişinləri olan Ucar rayon sakinləri 1961-ci il təvəllüdlü Gülsurə Hüseynova və 1986-cı il təvəllüdlü Asim Allahverdiyev hadisə yerində yanaraq ölüb. Digər sərnişin 2007-ci il təvəllüdlü Səma Qüdəssərova xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Bildirilir ki, qəzada həyatını itirən Asim Allahverdiyev Ucarda və ətraf rayonlarda meyxanaçı kimi tanınıb və Asim Ucarlı adı ilə fəaliyyət göstərib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az