"COP29-a hazırlıq işləri artıq son mərhələdədir" - İlham Əliyev

12:15 - 22 Oktyabr 2024

\"COP29-a hazırlıq işləri artıq son mərhələdədir\" - İlham Əliyev

"COP29-a hazırlıq işləri artıq son mərhələdədir".

 

Manset.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edərkən deyib.

Prezident İlham Əliyev vurğulayıb ki, ölkədə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir.

Dövlət başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az