Honq-Konqa uçan təyyarə yandı: Sərnişinlər təxliyə edilib - VİDEO

19:43 - 28 Yanvar 2025

Honq-Konqa uçan təyyarə yandı: Sərnişinlər təxliyə edilib - VİDEO

Koreyanın Busan hava limanında sərnişin təyyarəsi yanıb.

 

Manset.az xəbər verir ki, bu haqda “Yonhap” agentliyi məlumat yayıb.

Belə ki, Busan Beynəlxalq Hava Limanından Honq-Konqa uçan “Air Busan” təyyarəsinin quyruğu yerli vaxtla saat 22:30-da havaya qalxmazdan əvvəl yanıb. Təyyarədə olan 169 sərnişin və yeddi ekipaj üzvü təxliyə edilib.

Təyyarənin quyruğunda başlayan yanğın, yayımlanan görüntülərə görə, bütün gövdəyə yayılıb.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az