İsrailin Azərbaycandakı Səfirliyində bayraq yarıya qədər endirilib.
Manset.az xəbər verir ki, bu barədə İsrail səfirliyi “X” hesabında məlumat paylaşıb.
“İsrail dövlətinin diplomatik nümayəndəlikləri Yaron və Saraya hörmət və matəm əlaməti olaraq bayraqlarını yarıya qədər endiriblər”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki diplomat - Yaron Lişinski və Sara Milqrim güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib. İnsidenti törətməkdə şübhəli bilinən Elias Rodriges saxlanılıb.