2025-ci il mayın 28-də Azərbaycanın azad edilmiş Laçın şəhərində Prezident İlham Əliyevin Azərbaycan, Türkiyə və Pakistan liderlərinin iştirakı ilə keçirilən ikinci üçtərəfli zirvə görüşü və həmin tədbirdə Prezident İlham Əliyevin tarixi çıxışı ölkələrarası əməkdaşlığın yeni mərhələsini elan etdi.
Laçın şəhəri, 30 ilə yaxın işğal altında qalmış,
azadlıq uğrunda mübarizənin və Azərbaycanın dirçəlişinin simvollarında biri olaraq seçilmişdi. Bu şəhərdə keçirilən tədbir, sadəcə
bir rəsmi görüş yox, həm də böyük rəmzi mənaya malik idi. Prezident İlham
Əliyevin çıxışı işğalın yaralarının sağalması, milli birlik, həmrəylik və bölgədə
yeni geosiyasi reallıqların yaradılması mövzusunda idi.
Laçında üç qardaş ölkənin liderlərinin bir araya gəlməsi, Türkiyə və Pakistanın
Azərbaycanın haqq mübarizəsində verdiyi siyasi və mənəvi dəstəyin təzahürü
olmaqla yanaşı, regionda sülh və sabitliyin təməlini qoyan bir siyasi hadisə
idi.
Prezident İlham Əliyev nitqinə Azərbaycan Xalq
Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü qeyd etməklə başladı. Bu, müsəlman
dünyasında ilk demokratik respublikanın qurulması kimi böyük tarixi hadisə idi.
Lakin bu müstəqilliyin qısa sürməsi, xarici təzyiqlər və işğallarla üz-üzə
qalmış Azərbaycan xalqının mübarizəsinin simvolu kimi təqdim olundu. Bu, Azərbaycanın
keçmiş ədalətsizliklərlə, itkilərlə və işğallarla mübarizəsinin, eyni zamanda
iradəsinin və qardaş xalqların dəstəyinin gücünü vurğulayan ideoloji mesaj idi.
Çıxışda Xocalı soyqırımından və Ermənistanın Azərbaycana
qarşı işğal siyasətindən bəhs edildi. Bu faktlar Azərbaycan xalqının yaşadığı
faciələri, itkiləri və hüquqi haqsızlıqları beynəlxalq arenada tanıtdırmaq üçün
siyasi əsas kimi təqdim edildi. Prezidentin vurğuladığı kimi, 20 faiz torpağın
işğalı, minlərlə insanın etnik təmizləməyə məruz qalması Azərbaycanın milli
yaddaşında dərin iz buraxmışdır.
Prezident İlham Əliyevin çıxışının ən önəmli hissəsi
44 günlük İkinci Qarabağ müharibəsində qazanılan zəfərin siyasi və hərbi
aspektləri idi. Bu zəfər Azərbaycan üçün yalnız torpaqların azad edilməsi yox,
həm də regionda yeni geosiyasi güc mərkəzinin formalaşması anlamına gəlir.
Prezident hərbi qələbənin arxasında duran amilləri – güclü iqtisadiyyat,
ordunun qüdrəti, siyasi iradə və gənc nəsilin vətənpərvərliyi kimi faktorları
yüksək qiymətləndirdi.
Qeyd olunub ki, azad edilmiş
torpaqlarda genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi Azərbaycanın
gələcək inkişaf strategiyasının mühüm hissəsidir. Yeni hava limanları, dəmir
yolları, tunellər, xəstəxanalar və məktəblər bölgənin sosial-iqtisadi həyatının
canlanmasının göstəricisi olaraq təqdim edilir. Bu isə, həm də Türkiyə və
Pakistanın bölgəyə investisiyalarının, layihələrdə iştirakının artırılması üçün
əlverişli zəmin yaradır.
Azərbaycan, Türkiyə və
Pakistanın əməkdaşlığı sadəcə üç ölkə
arasında dostluq münasibətlərindən daha geniş və dərindir. Bu üçtərəfli format, regional və qlobal geosiyasətdə yeni güc mərkəzi
kimi özünü göstərir. Türkiyə və Pakistanın Azərbaycanın haqq mübarizəsindəki dəstəyi,
həmçinin Laçın kimi strateji bölgədə birlikdə olmaları, bu ittifaqın yalnız
siyasi deyil, həm də hərbi, iqtisadi və ideoloji birlik olduğunu nümayiş
etdirir.
Bu üç qardaş ölkənin müttəfiqliyi, xüsusilə müsəlman
dünyasının geosiyasi xəritəsində güclü blokun yaranması kimi qiymətləndirilir.
Bu, qlobal güc mərkəzlərinin yeni tarazlıq nöqtəsi kimi formalaşır.
Prezident İlham Əliyevin
nitqində milli iradə və mübarizə ruhu əsas ideoloji xətt kimi diqqət çəkir. Azərbaycanın
tarix boyu yaşadığı ədalətsizliklərə, işğallara və soyqırımlara baxmayaraq,
xalqın birliyi, vətənpərvərliyi və qardaş xalqların dəstəyi sayəsində böyük
nailiyyətlər əldə etdiyi vurğulanır. Bu, Azərbaycanın öz müstəqilliyini qorumaq
və bərpa etmək üçün apardığı siyasi və hərbi mübarizənin ideoloji şərhi kimi
qiymətləndirilir. Eyni zamanda, bu, regionda ədalətli və davamlı sülhün təmin
edilməsinin əsas şərti kimi göstərilir.
Laçında keçirilən zirvə görüşü
və Prezident İlham Əliyevin çıxışı, üç ölkə arasında qardaşlıq münasibətlərinin
simvolik və praktiki təzahürüdür. Bu, hər zaman sınaqdan çıxmış, güclənmiş və
daha da dərinləşmiş bir ittifaqdır. Türkiyə və Pakistanın Azərbaycanın haqq
mübarizəsində göstərdiyi siyasi və mənəvi dəstək, həm də geniş miqyasda ortaq təhlükəsizlik,
enerji, ticarət və infrastruktur sahələrində əməkdaşlığın güclənməsinə xidmət
edir. Bu üçtərəfli əməkdaşlıq, bölgədə sülh, sabitlik və inkişafın təmin olunması
istiqamətində mühüm platforma kimi çıxış edir.
Prezident İlham Əliyev
çıxışında Azərbaycanın strateji hədəflərini də aydın şəkildə ortaya qoydu. Azad
edilmiş ərazilərin inkişafı, yeni infrastruktur layihələrinin icrası və bölgədə
sosial-siyasi sabitliyin təmin olunması prioritetlər sırasındadır. Bu
strategiya Azərbaycan-Türkiyə-Pakistan ittifaqının birgə fəaliyyətləri ilə daha
da güclənəcək. Üç ölkə arasında iqtisadi əməkdaşlıq, ticarət dövriyyəsinin
artırılması, birgə təhlükəsizlik tədbirləri, enerji və nəqliyyat layihələri Azərbaycan
regionunun önəmli inkişaf amillərinə çevriləcək.
Prezident İlham Əliyevin
Laçındakı çıxışı, Azərbaycan-Türkiyə-Pakistan üçlüyünün strateji əməkdaşlığının
həm tarixi, həm siyasi, həm də ideoloji aspektlərini ustalıqla vurğuladı. Bu
çıxış, qardaşlıq, həmrəylik və müstəqillik ruhunun təntənəsi kimi qiymətləndirilməlidir.
Azərbaycanın 30 illik ədalətsizlik və işğal tarixindən sonra müstəqilliyini bərpa
etməsi və ərazilərini geri qaytarmaqla yanaşı, həm də yeni regional geosiyasi
reallıq yaratması, milli iradənin, güclü ordu və iqtisadiyyatın nəticəsi kimi təqdim
olunur. Bu, ideoloji olaraq, qlobal və regional sferada azadlıq, müstəqillik və
suverenliyin qorunması prinsipinə dərin bağlılıqdır. Qardaş ölkələrlə — Türkiyə
və Pakistanla — möhkəm və çoxşaxəli ittifaq Azərbaycanın xarici siyasətində əsas
sütundur. Bu ittifaq həm də müsəlman dünyasında birliyə, əməkdaşlığa və
regional inkişafın sürətləndirilməsinə nümunədir. Azərbaycanın Türkiyə və Pakistanla olan
münasibətləri sadəcə dövlətlərarası əməkdaşlıq deyil, eyni zamanda ortaq dəyərlər,
mədəniyyət və tarixə əsaslanan ideoloji birliyə söykənir. Bu, milli-mənəvi köklərin,
dil və din birliyinin siyasi platformada güclü şəkildə təzahürüdür. Beləliklə,
üç qardaş ölkə yalnız strateji müttəfiq deyil, həm də ideoloji dəyərləri
paylaşan, bir-birinin təhlükəsizliyini və suverenliyini qoruyan həmrəy ölkələrdir.
Azərbaycanın yeni inkişaf
strategiyasının təməlində dayanan bu ittifaq, regionda davamlı sülhün və
iqtisadi tərəqqinin əsas zəmanətidir. Prezident İlham Əliyevin vurğuladığı
kimi, üç ölkənin birliyi, həm də xarici müdaxilələrə qarşı dayanıqlılığın
artırılması, ortaq təhlükəsizlik məsələlərində mövqeyin bərkidilməsi, və müstəqil
siyasətin qorunması baxımından həyati əhəmiyyət kəsb edir. Bundan əlavə, bu
müttəfiqlik müsəlman aləmində birgə inkişafın, qarşılıqlı dəstəyin və sülhün təmin
olunması üçün nümunəvi model kimi çıxış edir. Bu model, geosiyasi rəqabətin
artdığı və qlobal güclərin bölgəyə marağının yüksəldiyi bir dövrdə, qarşılıqlı
hörmət və faydalı əməkdaşlıq əsasında dayanan yeni tipli beynəlxalq münasibətlərin
təzahürüdür.
Son olaraq qeyd edək ki,,
Prezident İlham Əliyevin Laçındakı çıxışı, Azərbaycan-Türkiyə-Pakistan
ittifaqının strateji, siyasi və ideoloji dərinliyini, regionda sabitliyin və
inkişafın təmin edilməsindəki rolunu açıq şəkildə nümayiş etdirdi. Bu, həm də
Azərbaycanın müstəqilliyini möhkəmləndirən, milli birliyi və dövlət
quruculuğunu gücləndirən bir hadisə kimi tarixə düşdü. Üç qardaş ölkənin
birliyi, yalnız mövcud çağırışlara cavab vermək üçün deyil, həm də gələcək nəsillər
üçün sülh və firavanlıq mühiti yaratmaq üçün mühüm zəmin təşkil edir. Bu birlik
Azərbaycanın və ümumilikdə regionun gələcək inkişafında dönüş nöqtəsi
olacaqdır. Daha geniş şəkildə desək, bu üçtərəfli əməkdaşlıq müasir dünyada
dövlətlərin yalnız geosiyasi və iqtisadi gücünü deyil, həm də ideoloji və mədəni
dayaqlarını gücləndirən ən uğurlu modellərdən biridir. Prezident İlham
Əliyevin nitqi bu modelin ən yaxşı ifadəsi olaraq Azərbaycan xalqının qürur mənbəyidir
və qlobal səviyyədə də diqqətlə izlənilən nümunə kimi qalacaqdır.
Elnarə Mustafayeva
YAP Yasamal rayon təşkilatının sədr müavini