XİN-dən İsrail və İrandakı vətəndaşlarımıza MÜRACİƏT

12:32 - 13 İyun 2025

XİN-dən İsrail və İrandakı vətəndaşlarımıza MÜRACİƏT

Azərbaycan Xarici İşlər Nazirliyi İsraildə olan Azərbaycan vətəndaşlarına müraciət edib.


Manset.az xəbər verir ki, müraciətdə deyilir:

“İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İsrailə səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda İsrail Dövlətində olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

Azərbaycanın İsrail Dövlətindəki Səfirliyi

[email protected]

+972 54 539 77 88”.

***

Bununla yanaşı, XİN İranda olan Azərbaycan vətəndaşlarına da müraciət edib:

“İsrail Dövləti və İran İslam Respublikası arasında yaranmış mövcud gərgin təhlükəsizlik vəziyyəti ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə İrana səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur. 

Hazırda İranda olan Azərbaycan vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, hərbi və nüvə obyektlərinə yaxın ərazilərə getməmələri, yerli qurumların verdiyi təhlükəsizlik təlimatlarına uyğun davranmaları xahiş olunur.

Hər hansı bir fövqəladə vəziyyət ilə bağlı vətəndaşlarımızın Azərbaycanın İrandakı Səfirliyi və Təbriz şəhərindəki Baş Konsulluğu ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur.

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi

[email protected]

+98 905 523 01 07

Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğu

[email protected]

+961 4 922 066”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv