Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO

18:58 - 13 İyun 2025

Zakir Həsənov Özbəkistan Təhlükəsizlik Şurasının katibi ilə görüşdü - FOTO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Özbəkistanın Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Viktor Mahmudov ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə naziri qonağı salamlayıb və onu Azərbaycanda görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarının dostluq münasibətlərinin ölkələr arasında əməkdaşlığa böyük töhfə verdiyini vurğulayan nazir hərbi əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.

V.Mahmudov öz növbəsində, göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib. Qonaq Azərbaycan və Özbəkistan arasında digər istiqamətlərdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın inkişaf etdiyini xüsusi vurğulayıb.

Görüşdə regional təhlükəsizliyə dair geniş müzakirələr aparılıb, həmçinin qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv