Ermənistan Solovyova görə Rusiyaya nota verdi

21:56 - 18 İyun 2025

Ermənistan Solovyova görə Rusiyaya nota verdi

Ermənistan Xarici İşlər Nazirliyi rusiyalı teleaparıcı Vladimir Solovyova görə Rusiyaya nota verib.


Manset.az Modern.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Ermənistan Xarici İşlər Nazirliyi Rusiya ictimai xadimlərinin "təhrif olunmuş və qəbuledilməz qiymətləndirmələri" səbəbindən Rusiya tərəfinə nota göndərib”, - nazir vurğulayıb.

Qeyd edək ki, İrəvanda saxlanılan rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsi üçün çıxış edən Solovyov Ermənistan Baş naziri Nikol Paşinyanın ünvanına təhqirlər səsləndirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az