“Bütün Ukrayna bizimdir” - Putin

22:11 - 20 İyun 2025

“Bütün Ukrayna bizimdir” - Putin

Rusiya Prezidenti Vladimir Putin gündəmin əsas mövzuları ilə bağlı açıqlamalar verib.


Manset.az xarici mediaya istinadla xəbər verir ki, o, Rusiya hökumətinin həm İsraillə, həm də İranla təmasda olduğunu bildirib: “Bizim bəzi təkliflərimiz var”, – deyə qeyd edib.

Üçüncü dünya müharibəsi ehtimalı ilə bağlı danışan Putin narahatlığını ifadə edib:
“Bundan dolayı narahatam, ehtimal artır. Ukrayna və Orta Şərqdə baş verən hadisələri və potensial riskləri nəzərə alanda bu təhlükə ciddi şəkildə artır”, – deyə bildirib.

Ukrayna məsələsinə toxunan Putin belə deyib:
“Rusiya və Ukrayna xalqlarını tək bir xalq hesab edirəm. Bu baxımdan bütün Ukrayna bizə məxsusdur. Rusiya əsgərinin ayaq basdığı hər yer bizimdir.”

İsrailin İran lideri Ayətullah Xameneini öldürmə təhdidi ilə bağlı suala cavabında isə Putin, “Ümid edirəm ki, bu sadəcə ritorika olaraq qalacaq”, – deyə fikirlərini bölüşüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az