Hikmət Hacıyevdən diplomatların Laçın səfəri ilə bağlı PAYLAŞIM

23:46 - 20 İyun 2025

Hikmət Hacıyevdən diplomatların Laçın səfəri ilə bağlı PAYLAŞIM

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdəki xarici diplomatlarla Qarabağa səfəri barədə məlumat verib.


Manset.az xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi özünün "X" səhifəsində paylaşım edib.

"Diplomatik korpusla Laçına səfər. Laçın hava limanına endik, sabah Şuşa və Ağdam proqramı ilə davam edəcəyik", - o yazıb.

H.Hacıyev Ağdam-Bakı qatarı ilə paytaxta qayıdacaqlarını da əlavə edib.

Qeyd edək ki, Laçına səfəri çərçivəsində Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri birsıra məkanlarda olublar. Onlar Laçın İstirahət Kompleksi, "Hoçazfilm" studiyası, "Yurd" qalereyası, "Lacinema" mərkəzi iləhəmçinin Həkəri sahili, Seyrəngah və "Gilabi Ceramics" mərkəzlə tanış olublar.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az