Naxçıvanın muxtariyyət məsələsi müzakirə edildi - Muxtariyyət ləğv edilsin, ya yox... 

12:25 - 21 İyun 2025

Naxçıvanın muxtariyyət məsələsi müzakirə edildi - Muxtariyyət ləğv edilsin, ya yox... 

Milli Məclisdə Naxçıvan Muxtar Respublikasının muxtariyyət məsələsi müzakirə edilib. 


Manset.az xəbər verir ki, məsələ ilə bağlı ilk təklifi parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Qüdrət Həsənquliyev verib. 

Onun sözlərinə görə, Naxçıvanda muxtar respublikanın saxlanmasına ehtiyac məsələsi müzakirə edilməlidir: “Geniş ictimaiyyət müzakirələrə başlasın. Naxçıvan balaca yerdir. Əvvəllər haradasa başa düşmək olardı. Həmçinin, İran üzərindən qısa yol çəkilir. Tezliklə Zəngəzur üzərindən də yol açılar. Bizim konstitusiyaya görə, Naxçıvan həm də unitar dövlətdir. Bu baxımdan orada muxtariyyətin ləğvi məsələsi barədə düşünmək lazımdır. Bu gün Naxçıvanda problem yeni məmurlar üçün iş yerlərinin açılması ilə həll olunmalı deyil. Məsələn, Naxçıvanın kəndlərində su çatışmır, əkin sahələri azdır. İnsanların evində qaz var, amma qazı yandırmağa, onun pulunu verməyə imkanları yoxdur. Bu baxımdan, odun yandırırlar. Çalışmaq lazımdır ki, Azərbaycanda dövlətin idarəetmə xərcləri azaldılsın, bürokratik aparat maksimum dərəcədə kiçildilsin”.

Deputat Eldar İbrahimov həmkarının fikirlərinə münasibət bildirib: “Burada Naxçıvanın muxtariyyət statusundan söhbət getdi. Status qalmalıdır. Hər şeyi zaman həll edir. Zaman gələndə öz sözünü deyir. Nəzərə alsaq ki, qonşularımızla necə yaşayırıq, o mövzunu geniş açmaq istəmirəm. Hələlik Naxçıvanın muxtar statusu yerindədir və yerində də qalacaq. Nə vaxt zaman tələb edər o vaxt məsələlər həll edilər”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az