ABŞ səfirliyinin əməkdaşları İranla sərhəddə - FOTOLAR

13:38 - 21 İyun 2025

ABŞ səfirliyinin əməkdaşları İranla sərhəddə - FOTOLAR

ABŞ səfirinin müavini vəzifəsini icra edən Mark Hernandez və səfirliyin bir qrup əməkdaşı bu gün Azərbaycanın cənubunda yerləşən Astara sərhəd-keçid məntəqəsinə səfər edib.


Manset.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb.

“Səfirlik ölkəyə daxil olan ABŞ vətəndaşlarına yardım göstərilməsi istiqamətində Azərbaycanın davamlı dəstəyini yüksək qiymətləndirir. Amerikalıların təhlükəsizliyi və onların təhlükəsiz şəkildə ölkəyə daxil olması bizim üçün ən yüksək prioritet olaraq qalır”, - məlumatda qeyd olunub.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az