Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.
Manset.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Bildirilib ki, səfir Smolensk meydanındakı nazirlik binasında təxminən bir saat qalıb və jurnalistlərə heç bir şərh vermədən oranı tərk edib.
***
10:57
Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.
Manset.az bu barədə TASS-a istinadla xəbər verir.
Bildirilir ki, səfir Smolensk meydanındakı nazirlik binasına gedib və jurnalistlərə heç bir açıqlama vermədən içəri keçib.
Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN-dən bildirilib ki, Mustafayev Bakının qeyri-dost hərəkətləri və Rusiya jurnalistlərinin qanunsuz saxlanılması ilə əlaqədar çağırılıb.