2025-ci ilin iş planına uyğun olaraq, hesabat ilinin birinci yarımilliyində Hesablama Palatasının Kollegiyası tərəfindən, iki halda məxfilik rejimində olmaqla, 34 kənar dövlət maliyyə nəzarət tədbirinin keçirilməsi barədə qərar qəbul edilib.
Manset.az xəbər verir ki, bu barədə palatanın yaydığı məlumatda deyilir.
Nəzarət obyektləri arasında 16 mərkəzi icra hakimiyyəti orqanı, 6 publik hüquqi şəxs, 4 dövlət 1 rəy Dövlət büdcəsinin icrasına dair 1 rəy (hesabat) Maliyyə auditi üzərindən Dövlət Neft Fondunun büdcəsinin icrasına dair 1 illik məlumat Dövlət büdcəsinin icrasına dair 1 xülasə Dövlət büdcəsinin icrasına dair 1 auditor hesabatı Naxçıvan Muxtar Respublikasının büdcəsinin icrasının təhlilinə dair 2 mülkiyyətində olan və səhmlərində dövlətin payı olan müəssisə, 2 büdcədənkənar dövlət fondu, 1 məqsədli büdcə fondu, 8 mərkəzi icra hakimiyyəti orqanı tabeliyində və yanında olan təşkilat və digər təşkilati-hüquqi formaya malik qurumlar olub.
Qeyd edək ki, nəzarət obyektlərinin 11-də ilk dəfə nəzarət tədbirinin keçirilməsinə başlanılıb.
Hesabat dövründə aparılmış nəzarət tədbirlərinin nəticələrini nəzərə alaraq Hesablama Palatası çox rast gəlinən pozuntuları ümumiləşmiş formada təqdim edir:
1. Fəaliyyətin təmin edilməsi məqsədilə tələb olunan vəsaitlərin məbləğ və istiqamətinin düzgün proqnozlaşdırılmaması nəticəsində icra prosesində dövlət vəsaitinin təsdiq olunmuş təyinatının dəyişdirilməsi;
2. qurumun hüquqi aktlarla müəyyən edilmiş funksional fəaliyyətinə aid olmayan istiqamətlərdə vəsaitlərin xərc edilməsi və ya funksional fəaliyyətinin bir qisminin başqa quruma ötürülməsi ilə dövlət vəsaitinin funksional təyinatının dəyişdirilməsi və əlavə tələbatın formalaşdırılması;
3. hüquqi aktlarla müəyyən edilmiş nəqliyyat vasitələrinin say həddinə və yanacaq xərcinin normasına, beynəlxalq tədbirlərin keçirilməsi zamanı yemək, hədiyyə və s., habelə iştirakçı sayı ilə bağlı məhdudiyyətlərə riayət olunmaması fonunda artıq xərclərə yol verilməsi;
4. Azərbaycan Respublikasının “Dövlət satınalmaları haqqında” Qanununun tələbləri gözlənilməyərək ilkin satınalma planının hazırlanması, təsdiq edilməsi və dövlət satınalmalarının vahid internet portalında yerləşdirilməsinin təmin edilməməsi və ya icra prosesində satınalma planına əməl edilməməsi;
5. tender komissiyalarının fəaliyyətində yol verilmiş nöqsanların satınalmalarda hesabatlılıq və şəffaflıq prinsipləri ilə bağlı tələblərə riayət edilməməsinə, eləcə də rəqabət mühitinin təmin olunması ilə bağlı fəaliyyətin məhdudlaşmasına şərait yaratması;
6. tələbatın düzgün formalaşdırılmaması nəticəsində satınalma müqavilələrinin bir hissəsinin icra olunmaması və ya bağlanmış müqavilələrin icra səviyyəsinin aşağı olması;
7. dövlət investisiyalarının idarəedilməsi üzrə qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar normativ hüquqi aktlarla müəyyənləşdirilmiş bəzi normaların düzgün tətbiq edilməməsi;
8. tikintisi başa çatmış və istismara hazır olan obyektlərin istismara qəbulunun ləngiməsi nəticəsində mühasibat uçotunda aktivlərin dəyərinin düzgün təsnifləşdirilməməsi.