İstanbul Cümhuriyyət Baş Prokurorluğu "çirkli pul" araşdırması çərçivəsində Ankara, Antalya, Kocaeli və Kayseri şəhərlərində 36 nəfərə qarşı əməliyyat başladılıb.
Manset.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat çərçivəsində 9 şirkət, 1 dükan, 25 torpaq, 12 mənzil və 104 nəqliyyat vasitəsindən ibarət əmlaklara həbs qoyulması qərarını verdiyini açıqlayıb.
Baş Prokurorluqdan bu məsələyə dair edilən açıqlamada qeyd edildiyi kimi: "İstanbul Cümhuriyyət Baş Prokurorluğunun Terrorizmin Maliyyələşməsinin Qarşısının Alınması və Pul Yuyulması Cinayətləri Araşdırma Bürosu tərəfindən aparılan 2026/8080 saylı araşdırma dosyası çərçivəsində; şübhəli şirkət və şəxslərin valyuta mübadiləsi dəstəyi almaq və mənşəyi məlum olmayan pulların ölkəyə daxil edilməsini təmin etmək məqsədilə təşkilat qurduqları, qurulan təşkilatda saxta ixrac və idxal fakturaları hazırladıqları, ixrac edildiyi bəyan edilən ölkələrdən swift yolu ilə gələn pulların mənşəyinin məlum olmayan pullar olduğu, nağd bəyanat formaları ilə gətirilən pulların yerli valyutalar və ya üçüncü şəxslərə məxsus pullar olduğu və öz aralarında hazırladıqları sənədlərlə valyuta mübadiləsi dəstəyindən yararlandıqları aşkarlanmışdır".