Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

18:37 - 30 İyul 2025

Azərbaycan Suriyaya qaz nəqlinə başlayır

Avqustun 2-dən etibarən Suriya hər gün Azərbaycandan 3.4 milyon kubmetr qaz alacaq.


Manset.az Qafqazinfo-ya istinadən istinadən xəbər verir ki, bunu Suriyanın energetika naziri Məhəmməd əl-Bəşir bildirib.

“Avqustun 2-dən Suriya Azərbaycandan Hələb vilayətinə Türkiyə ərazisi vasitəsilə 3,4 milyon kubmetr qaz almağa başlayacaq və bu, təxminən 900 meqavat elektrik enerjisi istehsalına səbəb olacaq. Bu addım elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək”, - nazir qeyd edib.

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar da məsələ ilə bağlı açıqlama verib.

A.Bayraktar deyib ki, SVOP razılaşmasına əsasən, Azərbaycandan ixrac edilən qaz Kilis üzərindən Suriyaya, Dəməşqə ixrac olunacaq:

“Avqustun 2-də Azərbaycan, Suriya və Qətərdən olan həmkarlarımla bu mərasimi Kilisdə rellaşdıracağıq”.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az