Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü

17:38 - 10 Sentyabr 2025

Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini ilə görüşdü

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Dövlət katibinin müavini Kristofer Landau ilə görüşüb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüş Hikmət Hacıyevin Vaşinqtona səfəri çərçivəsində baş tutub.

Tərəflər Azərbaycan və ABŞ arasında strateji münasibətlər, regional və qlobal məsələlərə dair dərin müzakirələr aparıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az