“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanmış üçtərəfli Bəyanatla İkinci Qarabağ müharibəsi başa çatdı və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olundu. Lakin razılaşmaya baxmayaraq, bölgədə gərginlik tam aradan qalxmadı. Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri Qarabağda qanunsuz şəkildə mövcudluğunu davam etdirdi. 2020-ci ildən sonra bu silahlı birləşmələrin sayı 10 min nəfəri keçmişdi ki, bu da birbaşa üçtərəfli Bəyanatın pozulması demək idi.”
Bu sözləri
Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili 2021-ci ildən etibarən erməni silahlı birləşmələri tərəfindən Azərbaycan ərazisində məqsədyönlü şəkildə terror aktlarının həyata keçirildiyini qeyd edib: “Ermənistanda istehsal edilmiş yeni tipli minalar Azərbaycanın mülki və hərbi personalına qarşı istifadə olunurdu. Bu, bir daha sübut edirdi ki, Ermənistan və onun dəstəklədiyi separatçı rejim bölgədə sülh və sabitlik istəmir. Bu vəziyyət 2023-cü ilin 19 sentyabrında pik həddə çatdı. Qarabağda yerləşən erməni silahlı dəstələri genişmiqyaslı təxribatlara və terror hücumlarına əl atdılar. Azərbaycan Silahlı Qüvvələri məhz bu təxribatlara cavab olaraq Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmrinə əsasən bölgədə lokal xarakterli antiterror əməliyyatına başladı. Əməliyyatın məqsədi həm təhlükəsizliyə qarşı olan təhdidləri aradan qaldırmaq, həm də Azərbaycanın Konstitusiya quruluşunu tam bərpa etmək idi.”
Kamaləddin Qafarov bildirib ki, antiterror əməliyyatı həm də Azərbaycanın müasir hərbi gücünün və siyasi iradəsinin bariz göstəricisi idi: “Əməliyyat çox qısa müddətdə – cəmi 23 saat 43 dəqiqə ərzində uğurla başa çatdı. Separatçı silahlı dəstələr müqavimət göstərə bilməyərək ağ bayraq qaldırmağa məcbur oldular. Bundan cəmi 9 gün sonra, sentyabrın 28-də, Qarabağdakı qondarma rejimin rəhbəri Samvel Şahramanyan “Dağlıq Qarabağ Respublikasının” ləğvi ilə bağlı sənəd imzaladı. Bu sənəd, Ermənistanın illərdir bölgədə yaratmağa çalışdığı separatçı qurumun rəsmi şəkildə süqutu demək idi. 19-20 sentyabr antiterror əməliyyatı Azərbaycan dövlətçiliyi üçün strateji dönüş nöqtəsi oldu. Bu əməliyyat, təkcə hərbi yox, həm də siyasi və hüquqi baxımdan Azərbaycanın tam suverenliyinin bərpası yolunda atılmış həlledici addım idi.”
“Antiterror əməliyyatı dövlət suverenliyinin bərpasının yeganə yolu idi”
10:42 - 18 Sentyabr 2025

Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər

BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı - VİDEO

Əli Əsədovdan yeni QƏRAR

Prezidentdən mühüm SƏRƏNCAM

Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM

“Dövlət suverenliyinin bərpası-qürur mənbəyimizdir!” - Kamaləddin Qafarov

“Prezidentin imzaladığı sosial islahat paketləri vətəndaş rifahının yüksəldilməsinə xidmət edir” - Zülfiyyə Nuriyeva

Parlamentdə konfrans keçiriləcək

İlham Əliyev "Qarabağı" təbrik etdi

Prezident Donald Trampa təşəkkür etdi

Trampdan Azərbaycanla bağlı növbəti PAYLAŞIM

Prezidentdən BƏƏ lideri ilə görüşünə dair PAYLAŞIM

20 Sentyabr - Dövlət Suverenliyi Günü
Xəbər xətti
- 18 Sentyabr 2025
- 12:13 Makronun həyat yoldaşı qadın olduğunu SÜBUT EDƏCƏK
- 12:00 Zəlzələ ölkəsinə çevrilmiş qardaş ölkədən yeni addım
- 11:48 Övladlarımızı pedofillərdən necə qoruyaq? - VİDEO
- 11:27 BMT-nin xüsusi nümayəndəsi Azərbaycana gələcək
- 11:15 BƏƏ Prezidenti Azərbaycana səfərindən görüntülər paylaşdı - VİDEO
- 11:05 Aeroportdakı yeni taksi qiymətləri etiraz yaratdı – AYNA-dan RƏSMİ CAVAB
- 10:42 “Antiterror əməliyyatı dövlət suverenliyinin bərpasının yeganə yolu idi”
- 10:31 FED yeni qərarı açıqladı - Faiz dərəcəsi endirildi
- 10:20 "Mən qapını bir dəfə bağlayıram" - Maurinyodan Ali Koç-a REAKSİYA
- 10:17 Bakıda ev yanır
- 09:56 Neftimizin bu günə olan QİYMƏTİ
- 09:48 Şəhərə giriş bağlanacaq - RƏSMİ
- 09:40 Bu gün Milli Musiqi Günüdür
- 09:20 Bakı aeroportunda yeni taksi QİYMƏTLƏRİ
- 09:07 Çempionlar Liqasında daha 6 oyun - NƏTİCƏLƏR
- 08:58 Bakının bu küçələrində sıxlıq var
- 08:30 Payızda orqanizmin ehtiyac duyduğu vitaminlər
- 08:00 Bu vərdiş asılılığın ən təhlükəli formasıdır
- 01:30 "ChatGPT"dən möhtəşəm yenilik
- 00:30 Ev işi görmək ömrü uzadır
- 17 Sentyabr 2025
- 23:53 “Qarabağ” UEFA reytinqində irəlilədi
- 23:22 Qulaq cingiltisi nədən xəbər verir?
- 22:46 "Vətənə medalla qayıtmaq çox xoş hissdir" - Güləşçimiz
- 22:28 Xəzərdə yenidən tornado baş verə bilər
- 21:53 Sabahın havası meteohəssas insanlara necə təsir edəcək?
- 21:37 Müəllimlərin NƏZƏRİNƏ
- 21:11 Qəzzada ölənlərin sayı 65 mini keçdi
- 20:34 ""Nizami City" bizi cana yığıb": Vətəndaş şikayətçidir - VİDEO
- 20:23 "Ukrayna üçün A planı müharibəni bitirməkdir" - Zelenski
- 19:51 ÇL-in rəsmi səhifəsində Qurban Qurbanovla bağlı PAYLAŞIM
- 19:47 Bakıda kişi arvadını küçədə döydü
- 19:21 Qubada insan sümükləri tapıldı - FOTO
- 18:56 Azərbaycanda qeydiyyatda olan narkomanların SAYI
- 18:38 Hazırda 21 yolda tıxac var - SİYAHI
- 18:27 Bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 18:19 Narkotik istifadəçisi arayışı "ASAN xidmət"də veriləcək
- 18:08 Əli Əsədovdan yeni QƏRAR
- 17:55 Bu mesajları açmayın! - "Azərpoçt"dan əhaliyə çağırış
- 17:52 Məktəblərdə YENİ DÖNƏM - Bütün şagirdlərə tətbiq olunacaq
- 17:43 Kuryer sifariş gətirdiyi evə girdi - Ağılasığmaz olay
- 17:37 Prezidentdən mühüm SƏRƏNCAM
- 17:32 Fətəli xan Xoyskinin 150 illik yubileyi keçiriləcək - SƏRƏNCAM
- 17:22 “Divan” əsərinin təqdimatı və elmi-praktiki konfrans keçirildi - FOTOLAR
- 17:12 DİQQƏT! 100 min ildə baş verən hadisə gözlənilir
- 17:01 Bu yerlərə yağış yağır - YENİLƏNİB
- 16:45 Kosmosda internet savaşı - Rusiya İlon Maska meydan oxudu
- 16:35 İOS 26 baterayanı bitirir? - Apple açıqladı
- 16:34 Bakı metrosu 2 saat daha çox işləyəcək
- 16:24 DƏHŞƏT! Səssiz qatil 16 min insanın həyatına son qoydu
- 16:20 XVII Beynəlxalq Musiqi Festivalı 10-dan çox şəhərdə keçiriləcək
- 15:49 Yağıntılı hava nə vaxtadək davam edəcək?

