“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”
Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib: “2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: “Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq, Suverenlik və Milli qürur Günü!”
“20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” - Kamaləddin Qafarov
11:53 - 19 Sentyabr 2025
Whatsapp kanalımıza abunə olun
Şikayətiniz və ya xəbəriniz varsa bizə göndərin Whatsapp: +99470 2177772
Digər xəbərlər
09 Dekabr 2025 - 23:14
Leyla Əliyeva Türkmənistanda sərgidə iştirak etdi - FOTOLAR
09 Dekabr 2025 - 22:26
Leyla Əliyeva Türkmənistanda açılışda iştirak etdi - FOTOLAR
09 Dekabr 2025 - 22:14
Prezidentdən Slovakiya səfəri ilə bağlı PAYLAŞIM
09 Dekabr 2025 - 21:52
İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - FOTO
09 Dekabr 2025 - 21:11
Hikmət Hacıyev və Armen Qriqoriyan "Euronews"a birlikdə müsahibə veriblər
09 Dekabr 2025 - 18:52
"Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır"
09 Dekabr 2025 - 18:06
İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdü - FOTOLAR - YENİLƏNİB
09 Dekabr 2025 - 17:32
"Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm" - İlham Əliyev
09 Dekabr 2025 - 17:20
İlham Əliyevlə Fitsonun görüşü zamanı Azərbaycan mahnısı ifa edildi - VİDEO
09 Dekabr 2025 - 16:34
"İlham Əliyevin Bratislava səfəri Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ açır"
09 Dekabr 2025 - 13:40
İlham Əliyevin şərəfinə rəsmi ziyafət verildi - FOTOLAR
09 Dekabr 2025 - 13:31
Prezident Slovakiya Milli Şurasının sədri ilə görüşdü - Fotolar
Xəbər xətti
- 10 Dekabr 2025
- 00:30 Gümüşün qiyməti tarixi maksimumu yenilədi
- 09 Dekabr 2025
- 23:51 Meteohəssas insanların NƏZƏRİNƏ
- 23:42 "Ermənistan və Azərbaycan arasındakı sülh nümunə ola bilər"
- 23:29 Evdən 23 yaşlı gəncin meyiti tapıldı
- 23:14 Leyla Əliyeva Türkmənistanda sərgidə iştirak etdi - FOTOLAR
- 22:50 Azərbaycanda zəlzələ oldu
- 22:41 Azərbaycanlı dənizçi Albaniyada faciəvi şəkildə həlak oldu
- 22:26 Leyla Əliyeva Türkmənistanda açılışda iştirak etdi - FOTOLAR
- 22:14 Prezidentdən Slovakiya səfəri ilə bağlı PAYLAŞIM
- 22:03 "Sumqayıt" "İmişli"yə qalib gəldi
- 21:52 İlham Əliyevin Slovakiyaya rəsmi səfəri başa çatdı - FOTO
- 21:49 Bakı metrosunda daha bir yeni nəsil qatar istismara verildi - VİDEO
- 21:38 Mədəniyyət Nazirliyinin 7 elektron xidməti istifadəyə verildi - FOTOLAR
- 21:30 Bu yolda sürət həddi endirildi - Sürücülərin nəzərinə
- 21:26 TMAİS incəsənət məktəblərində tətbiq edilir - Valideyn–məktəb əlaqəsi güclənəcək
- 21:11 Hikmət Hacıyev və Armen Qriqoriyan "Euronews"a birlikdə müsahibə veriblər
- 20:54 Vardanyanın məhkəməsində ifadələr dinlənildi
- 20:39 Tovuzda bədbəxt HADİSƏ: Azyaşlı su quyusuna düşdü - VİDEO
- 20:25 “Qarabağ”ın oyununa qanunsuz bilet satanlar saxlanıldılar - VİDEO
- 20:16 Sabah bu ərazilərdə qaz kəsiləcək - XƏBƏRDARLIQ
- 19:56 Bakıda partlayışda ölən şəxs usta imiş - FOTO
- 19:46 Qusarda QƏZA - Yaralılar var
- 19:34 Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri TƏYİN OLUNDU
- 19:27 "Ayaks" "Qarabağ"la oyuna ciddi hazırlaşıb" - Qurban Qurbanov
- 19:24 Qeyri-etik videolar çəkən əcnəbilərə cəza istənildi
- 19:12 Adil Kərimli İƏT baş katibinin köməkçisi ilə görüşdü - FOTOLAR
- 18:52 "Azərbaycan beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır və rəğbətlə qarşılanır"
- 18:49 Mehdiyev ”Pendik Şifa” klinikasını necə ələ keçirib? – DETALLAR
- 18:45 Azərbaycanla Pakistan arasında mədəni əməkdaşlıq müzakirə olundu - FOTO
- 18:38 Azərbaycanda məşhur xanəndə qəza törətdi: Atası və 2 yaşlı oğlu öldü - FOTO
- 18:37 Hazırda 16 yolda tıxac var - SİYAHI
- 18:28 Azərbaycanda vəkil qəfil vəfat etdi - FOTO
- 18:18 Xarici diplomların tanınması bu tarixədək dayandırılacaq
- 18:06 İlham Əliyev Slovakiyanın Baş naziri ilə görüşdü - FOTOLAR - YENİLƏNİB
- 17:50 “Canımızı sıfır xaldan qurtarmağa çalışacağıq” - “Ayaks”ın baş məşqçisi
- 17:34 Trampdan Maduroya sərt sözlər - "Sayılı günlərin qaldı"
- 17:32 "Ümid edirəm, Sizi gələn il Azərbaycanda görəcəyəm" - İlham Əliyev
- 17:27 AZAL AİB-nin dəstəyi ilə dayanıqlı aviasiya sahəsində texniki layihəyə başladı
- 17:20 İlham Əliyevlə Fitsonun görüşü zamanı Azərbaycan mahnısı ifa edildi - VİDEO
- 17:18 Namizəd Səfərov saxlanıldı
- 17:00 Türkiyədə zəlzələ baş verdi
- 16:53 Avropa İttifaqı "Google"u məhkəməyə verdi
- 16:34 "İlham Əliyevin Bratislava səfəri Azərbaycan–Slovakiya münasibətlərində yeni mərhələ açır"
- 16:33 İngiltərədə bu virusun yeni variantı aşkarlandı
- 16:21 “Oyun texnologiyalarının inkişafında yüksəliş və əməkdaşlıq imkanları" mövzusunda panel sessiya keçirildi
- 16:10 Məşhur aktyorun səhhəti ilə bağlı YENİ XƏBƏR
- 15:53 Xərçəngdən əziyyət çəkən 2 uşaq anasının yardıma ehtiyacı var - FOTO
- 15:51 "Neftçi" yeni baş məşqçisini açıqladı
- 15:44 Bakı metrosu sabah gecə saat 1-ə qədər işləyəcək
- 15:35 Bu şəxslərə maaşının 6 misli qədər birdəfəlik PUL VERİLƏCƏK
- 15:20 İndoneziyada yanğın faciəsi - 17 ölü