“Azərbaycan tarixində mühüm mərhələlərdən biri – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin dövlət suverenliyi altına tam qaytarılması – hər il rəsmi olaraq qeyd ediləcək. Möhtərəm Prezident İlham Əliyevin 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Günü kimi qeyd olunur. Bu qərar təkcə tarixi ədalətin bərpası deyil, həm də Azərbaycanın dövlətçilik və ərazi bütövlüyü naminə apardığı uğurlu siyasətin hüquqi və siyasi simvoludur.”
Bu sözləri Manset.az-a açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Millət vəkili qeyd edib ki, cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etməyə başladığı ilk gündən prioritet vəzifə kimi qarşısına qoyduğu əsas məqsəd torpaqlarımızın işğaldan azad edilməsi olub: “Azərbaycan uzun illər Ermənistanın işğalçı siyasəti nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə kimi qədim torpaqlarından məhrum olmuşdu. Lakin 2020-ci ildə Vətən müharibəsində əldə olunan möhtəşəm Qələbə və 2023-cü ildə aparılan dövlət suverenliyinin bərpası əməliyyatı nəticəsində bu ərazilər tamamilə nəzarətə götürüldü. Cənab Prezident İlham Əliyev bu barədə demişdir: “Azərbaycan xalqı uzun illər bu günü gözləyirdi və nəhayət, biz tarixi ədaləti bərpa etdik.” Prezident İlham Əliyevin hələ 2003-cü ildən əsas məqsədi işğal altındakı torpaqların azad edilməsi və orada Azərbaycan Bayrağının ucaldılması olmuşdur. Bu hədəf bir dövlət strategiyası kimi reallaşdırıldı. 20 il ərzində güclü ordu quruculuğu, diplomatik mübarizə və milli həmrəylik nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü tam bərpa etdi. Cənab Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz torpaqlarını özü azad etdi və bu, dünya tarixində nadir hadisələrdən biridir.”
Kamaləddin Qafarov Xankəndi şəhərində 2023-cü ildə keçirilmiş hərbi paradın siyasi-mənəvi əhəmiyyətindən bəhs edib: “2023-cü il noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad Azərbaycanın möhtəşəm Zəfərinin rəmzi oldu. Vətən müharibəsində qazanılan Qələbənin üçüncü ildönümünə həsr olunmuş bu parad cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə baş tutdu. Bu, Azərbaycanın müasir tarixində bir dönüş nöqtəsi idi – həmin torpaqlarda artıq Azərbaycan əsgəri dayanır, üçrəngli Bayrağımız dalğalanırdı. Dövlətimizin başçısı bu paradda çıxışı zamanı xüsusi vurğuladı: “Biz yalnız öz gücümüzə arxalanaraq Zəfərə nail olduq. Artıq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Azərbaycanındır.” Bu gün Azərbaycan öz şanlı tarixinin yeni mərhələsinə qədəm qoyur. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə artıq sadəcə coğrafi bölgələr deyil, həm də milli iradənin, dövlətimizin gücünün və tarixi ədalətin təcəssümüdür. 20 Sentyabr tarixinin bu şəhərlərlə qoşa dayanması isə gələcək nəsillər üçün bir yaddaş günüdür – Azadlıq, Suverenlik və Milli qürur Günü!”
“20 sentyabr tariximizin ən dəyərli səhifələrindən biridir” - Kamaləddin Qafarov
11:53 - 19 Sentyabr 2025
Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun Keçid et
Digər xəbərlər
13 Sentyabr 2026 - 15:00
Əxlaqsız videolar yayan tiktoker Əhdi və Həsən saxlanıldı
13 Sentyabr 2026 - 23:25
Paytaxt ərazisində AĞIR QƏZA - FOTOLAR
13 Sentyabr 2026 - 15:21
Çimərliklərdə gözlənilən HAVA
13 Sentyabr 2026 - 20:11
Gəncədə toy karvanında gəlin maşını işıq dirəyinə çırpılıb - FOTO
13 Sentyabr 2026 - 14:45
Lənkəran-Astaraya leysan yağdı - FAKTİKİ HAVA
13 Sentyabr 2026 - 20:42
Xuraman Şuşalını aldatdılar - FOTO
13 Sentyabr 2026 - 16:31
"Araz-Naxçıvan" - "Turan Tovuz" matçının start heyətləri
13 Sentyabr 2026 - 15:42
Yunanıstan Ukraynadan hücumları dayandırmağı TƏLƏB ETDİ
13 Sentyabr 2026 - 15:55
Ombudsman Aparatının nümayəndələri təcrübə mübadiləsi proqramında iştirak etdilər
13 Sentyabr 2026 - 17:33
Əlim Nabiyev yenə nokaut etdi
13 Sentyabr 2026 - 17:57
Naməlum dron səbəbindən hava limanı bağlandı
13 Sentyabr 2026 - 19:22
“Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
Xəbər xətti
- 14 Sentyabr 2026
- 14:25 Xırdalandan Bakıya gedənlərə ŞAD XƏBƏR
- 14:17 Vətəndaşlarımız 90 gün İordaniyada vizasız qala biləcək
- 14:09 “AzerGold” və “Kyrgyzaltyn” şirkətləri əməkdaşlıq perspektivlərini müzakirə etdilər
- 14:03 Joze Mourinyodan Arda Gülər barədə tərif - “İnanılmazdır”
- 13:58 İnsanlığın gələcəyi təhlükə altında ola bilər - Süni intellektlə bağlı xəbərdarlıq
- 13:54 25 il iş stajı olmayanlar necə pensiya alacaq?
- 13:53 Almaniyadan Rusiyaya uzaqmənzilli raket mesajı
- 13:45 Səudiyyə Ərəbistanı İsraildən husilərə qarşı yardım istədi
- 13:36 Bakı məktəblərinə gedəcək şagirdlərin sayı AÇIQLANDI
- 13:28 Sürücü sükan arxasında öldü
- 13:20 Polis silah-sursat aşkar etdi
- 13:12 Azərbaycanın 5 rayonunda neft-qaz axtarışı aparılacaq
- 13:04 Metroda yenə dəyişiklik olacaq
- 12:56 Maliyyə nazirinə yeni müşavir təyin edildi - FOTO
- 12:48 Sabah 34 dərəcə isti olacaq - PROQNOZ
- 12:39 Lənkəranda yol qəzası: 2 nəfər xəsarət aldı - FOTOLAR
- 12:30 Həmin sertifikatı Prezidentə təqdim etdi - FOTOLAR
- 12:24 Prezident qəbul keçirdi
- 12:15 Bakıda 12 yaşlı uşaq faciəli şəkildə öldü
- 12:07 “Şadlıq evində 28 kamera olsa da, cinayətin görüntüləri çıxarılmadı” - Toyda öldürülən İlkinin ailəsi
- 12:00 Məktəblərdə ilk dərs bu mövzuya həsr olunacaq
- 11:51 İrandan Azərbaycana keçirilməsinin qarşısı alındı
- 11:43 TDT Müsəlman dini liderləri Prezidentə müraciət etdilər
- 11:35 DTX rəisi Əli Nağıyev Çinə getdi - FOTO
- 11:30 Azərbaycanda bu şəxslərin İŞ SAATI DƏYİŞİR
- 11:19 Fuad Əliyevə vəzifə verildi
- 11:09 Bu halda kranla görülən bütün işlər dayandırılacaq
- 10:58 İlham Əliyev “SABAH.city”nin açılışında - FOTOLAR
- 10:47 Veteran polkovnik vəfat etdi - FOTO
- 10:31 Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı müraciət etdi
- 10:25 "Sabah” “Şəfa”ya qarşı
- 10:16 Səudiyyə Ərəbistanının cənubundakı şəhərlərdə təhlükə xəbərdarlığı verildi
- 10:13 Tarixə düşəcək dəhşətli istilər – Beləsi olmayıb
- 10:01 “Brent” neftin qiyməti sürətlə artır
- 09:54 Maşın 60 yaşlı qadını vuraraq öldürdü
- 09:44 Yol polisindən yeni tədris ilinin başlaması ilə bağlı MÜRACİƏT
- 09:32 Azərbaycan “Septembre Musical Montreux–Vevey” festivalında - FOTOLAR
- 09:15 İndoneziyada gəmi qəzasında itkin düşən 130 nəfərin axtarışıları davam edir
- 08:58 Bu 12 yolda tıxac var - SİYAHI
- 08:48 Qırmızı xətt üzrə interval bərpa olundu - YENİLƏNDİ
- 08:30 Göz ətrafındakı sarı ləkələr infarkt riskini 3 dəfə artırır
- 08:00 İçkidən sonra yaddaşınız silinirsə, səbəbi budur
- 01:00 Çörəyin ən zərərli növü açıqlandı
- 00:30 Bu qidaları yedikdən sonra yuxunuz gələ bilər
- 13 Sentyabr 2026
- 23:59 İraq İranla sərhəddə 3 keçidi yenidən açır
- 23:45 Hörmüz boğazında gəmi hücuma məruz qaldı
- 23:25 Paytaxt ərazisində AĞIR QƏZA - FOTOLAR
- 23:15 Bərdədə 2 yaşlı uşaq hovuzda boğuldu
- 23:00 Zelenskidən Rusiyaya - Yeni sanksiya zərbəsi
- 22:42 İstanbulda avtobus alışdı - Ölən və yaralananlar var
- 22:15 Paytaxtın bu ərazilərində işıq olmayacaq