"“Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul olunacaq bu Amnistiya aktı həm tətbiq dairəsinə, həm də şamil olunacaq şəxslərin sayına görə müstəqil Azərbaycan tarixinin ən genişmiqyaslı amnistiya qərarıdır. Təxminən 20 min vətəndaşımız dövlətimizin humanizm siyasətindən faydalanacaq".
Manset.az xəbər verir ki, bunu Millət vəkili Azay Quliyev Prezidentin təşəbbüsü ilə Milli Məclis tərəfindən yaxın günlərdə müzakirə ediləcək Amnistiya haqqında Qərar layihəsini şərh edərkən deyib:
"Amnistiya aktı ilk növbədə Birinci və İkinci Qarabağ müharibələrinin, eləcə də 2023-cü ilin sentyabrında ölkəmizin suverenliyi və konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilmiş antiterror əməliyyatının iştirakçılarını, həmin müharibələrdə və antiterror əməliyyatlarında şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərini, Ermənistandan deportasiya edilmiş soydaşlarımızı, keçmiş məcburi köçkünləri, Xocalı soyqırımı qurbanlarının yaxınlarını, Vətən müharibəsi zamanı Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində zərər çəkmiş şəxsləri, şəhid ailələrini və qaziləri əhatə edir.Bununla yanaşı, Amnistiya aktı Çernobıl qəzasının iştirakçılarına, qadınlara, 18 yaşına çatmayanlara, 60 yaşdan yuxarı şəxslərə, sağlamlığının 61–100 faizini itirmiş vətəndaşlara və digər sosial həssas kateqoriyalara da şamil olunur" - deyə o, REAL TV-yə müsahibəsində qeyd edib.Həmin müsahibəni təqdim edirik: