Sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur

15:43 - 19 Dekabr 2025

Sabiq hərbi komissar rüşvət almaqda ittiham olunur

Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəngərli rayon şöbəsinin sabiq rəisi polkovnik-leytenant Məftun Xəlilov və mayor Habil Niftəliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Manset.az APA-ya istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsində hakim Səxavət Hüseynovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

    Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 29-na təyin edilib.

    Qeyd edək ki, cinayət işində qeyd olunan hallar DTX tərəfindən həbs edilmiş və məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilmiş Mirzə Cəlilovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi kimi çalışdığı dövrdə baş verib.


    Bizi Facebook-da izləyin
    Yeniliklərdən xəbərdar olun
    Keçid et

    Digər xəbərlər

    Xəbər xətti

    Bütün xəbər xətti
    yenielan.az
    yenielan.az